" Ona görə də mənfi tərəfləri aradan götürmək üçün işləyirik" VİDEO

28.06.2015 | 3051 dəfə oxunub

"Neftçi" PFK Avstriya hazırlığını ötən gün başa vurub. Stadium.az klubun saytına istinadən xəbər verir ki, Ukraynanın "Şaxtyor" klubu ilə keçiriləcək son yoxlama matçından öncə komandamızın qapıçılar üzrə məşqçisi Dmitri Kramarenko klubun rəsmi saytına açıqlama verib:

"Komandamız yenicə yığılıb. Fikrimcə toplanış səmərəli keçdi. Uşaqlar işə cox ciddi yanaşır və tam gücü ilə məşq edirdilər. Bu da çox sevindiricidir. Amma vaxtımız az oldu. Çünki həmişə futbolçulara nəsə yeni bir şey göstərmək istəyirik. Bu gün "Mladost" ilə oyundan əvvəl, sonuncu yoxlama matçını keçirəcəyik. Bu qısa müddət ərzində məşqçilər korpusu maksimal dərəcədə işlədilər. Futboçular hər şəyi tez qavrayırlar. Əlbəttə ki, həm müsbət, həm də çatışmayan aspektlər var. Ona görə də mənfi tərəfləri aradan götürmək üçün işləyirik və çatışmayan tərəflər üzərində çalışırıq. Maksimin və Ruzinin perspektivi var. Onlar bunu başa düşürlər və həm məşqlərdə, həm də yoldaşlıq oyunlarında böyük həvəslə çalışırlar. Gündə 2 məşq keçiririk, elə olur ki, 3 məşqimiz olur. Amma buna baxmayaraq böyük həvəslə məşq edirlər. Əgər onlar qapıçı sirrlərini anlayacaqlarsa, irəli gedə biləcəklər. Azarkeşlərə demək istəyirəm ki, səbrli olsunlar. Çünki komandamız yenidən qurulur. Futbolçular ürəkdən çalışırlar. Bir az vaxt lazımdı ki, futbolçular bir-birin başa düşsünlər. Bizə inansınlar. Bilirik ki, əsas nəticədir. Amma istəyiri ki, hər oyunda bizə dəstək olsunlar. Çünki onlardan çox şey aslıdır. Əbəs yerə demirlər ki, fanatlar komandanının 12-ci oyunçusudur".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail