Eldar "Xəzər Lənkəran"da 10-cu oldu

15.09.2011 | 6067 dəfə oxunub

Azərbaycan Premyer Liqasının V turu daha 1 futbolçunun “Xəzər Lənkəran”da debüt etməsi ilə əlamətdar oldu. Stadium.az xəbər verir ki, əslən Rusiyadan olan milliləşən legioner Eldar İsmayılov karyerasında ilk dəfə “ağ-yaşıl” formada meydana çıxdı.
“Neftçi” ilə ev matçında iştirak edən yarımmüdafiəçi “Xəzər Lənkəran” tarixinin bütün oyunçularının ümumi sayını artırdı. Bu matçadək 135 futbolçuya “Xəzər Lənkəran” formasında rəsmi matça çıxmaq nəsib olmuşdusa, İsmayılov bu siyahıya 136-cı kimi daxil oldu. O, adını bu oyunçular siyahısına cari mövsüm daxil etdirən 10-cu futbolçudur. Eldara qədər Eder Bonfim, Rikardo Qomeş, Joao Paulo, Çaba Borbeli, Marius Onofraşa, Dejan Rusiç, Branimir Subaşiç, Mario Rosas və Antonio Semedo yeni komandalarında debüt etmişdilər.
Cənubluların şərəfini qorumuş 136 oyunçudan 52-si yerli, 84-ü əcnəbidir ki, Eldarın Rusiya futbolunun yetirməsi olduğunu nəzərə alsaq, o bu ölkədən olan 2-ci futbolçudur. İlk belə oyunçu isə Dmitri Nejelev idi. O, 2004/05 mövsümündə 8 matçda iştirak edib.
Ümumilikdə isə 30 ölkədən olan oyunçular “Xəzər Lənkəran”da çıxış edib: Rumıniya – 18, Braziliya – 10, Türkiyə - 9, Serbiya – 6, Belarus - 5, Bolqarıstan, Portuqaliya – hərəsi 4, Albaniya, Gürcüstan, Kolumbiya, Litva, Rusiya – hərəsi 2, Çexiya, Estoniya, Fransa, Honduras, İsveç, Kot d’ivuar, Moldova, Nigeriya, Qana, Slovakiya, Argentina, Kosta-Rika, Latviya, Syerra-Leone, Qvineya, Ukrayna, Sloveniya, İspaniya – hərəsi 1.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail