İbrahim Üzülməz: "Qurban Qurbanov məni çalışdırırsa, onun komandasına gələrəm"

15.09.2011 | 6327 dəfə oxunub

Azərbaycanda  keçirilən B katiqoriyalı məşqçi seminarında iştirak edən "Beşiktaş"ın keçmiş futbolçusu İbrahim Üzülməzlə bağlı redaksiyamıza bir neçə saat öncə maraqlı bir məlumat daxil olub. Stadium.az xəbər verir ki, İbrahim Üzülməz "Qarabağ" klubunda çalışa bilər və hal-hazırda dənizkənarı parkda "Qarabağ" rəsmilərilə birgə kafedə oturub söhbət edir. Əməkdaşımız sözügedən yerə çatanda, İbrahim Üzülməzin kafedə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla, adı çəkilən komandanın futbolçusu Rəşad Sadıqovla və bir neçə başqa şəxslərlə birgə çay masasında əyləşib çox səmimi söhbətinin şahidi olub. Çox səmimi və mehriban söhbətləri görən əməkdaşımız məlumatı dəqiqləşdirmək üçün  İbrahim Üzülməzə yaxınlaşıb və söhbətləşib.

Əməkdaşımız "Siz "Qarabağ" komandasına keçmək istəyirsiniz?" sualına İbrahim Üzülməz zarafatla belə cavab verib : "Qurban Qurbanov beni çalışdırsa, onun takımına gələ bilərəm" . Rəşad Sadıqov da ona ünvanlanan "İbrahim Üzülməzi yaxın zamanlarda "Qarabağ" klubunda görə biləcəyik?" sualına  "Hər şey olan bilər. Hələ heç bir şey dəqiqləşməyib" cavabını verib. Bu zaman İbrahim Üzülməz  üzünü Rəşad Sadıqova çevirərək  "Jurnalistlərin yanında çok şey konuşmak olmaz"  deyərək gülüb.

İbrahim Üzülməz həqiqətən  "Qarabağ"a keçir? Elədirsə, görəsən klubda hansı  postu tutmağı planlaşdırır? Məşqçi yoxsa, futbolçu?

Araşdırmamız davam edir . Bununla bağlı "Qarabağ klubunun da mövqeyini öyrənməyə çalışacağıq.

mundial.az


  #1   Adınız: Vilayet Dasdemirov;   E-mail: [email protected]

16.09.2011 08:10

eziz Stadium.az qehberliyi sizden bir istifadeci kimi, bir azarkes kimi bu
uzulmez haqinda yazilan melumati deqiqlesdirib bize catdirmagi xahis
edirik. Biz butun melumatlari Stadium.az-dan aliriq. Ve eminik ki, bu
sayt deqiq ve dolgun melumatlari biz istifadecilere catdirir. ALLAH size
arxa dursun, Stadium.az rehberliyine bu maraqli melumata gore
tesekkurumuzu bildiririk. Cox sag olun.

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail