Samir Əliyev: " Əgər "Neftçi"dəki işimə davam etsəm..."

01.07.2015 | 5160 dəfə oxunub

“Komandadan on futbolçu ayrılıb. Klubun strategiyası dəyişib. Gənclərə üstünlük veririk. Təlim-məşq toplanışında üç yoxlama görüşü keçirdik. Güclü və zəif cəhətlərimizi bilirik”.

Stadium.Az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Əliyev Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Mladost”la  ilk oyun öncəsi keçirilən mətbuat konfransında deyib.
 
Samir Əliyev sabahkı  matç üçün start heyəti müəyyənləşdirdiyini bildirib:
 
"Səbrli olun, sabah mübariz komanda görəcəksiniz. Bu cavan futbolçuların gənc məşqçiylə nəyə qadir olduğunu tədricən göstərəcəyik. "Mançester Yunayted" kimi komandada Lui van Qal 1 ildir ki, heç nə edə bilmir. Biz də tez bir zamanda heç nə edə bilmərik”.

O, rəqibin zəif cəhətlərindən istifadə etməyə çalışacaqlarını vurğulayıb: "Fikrimcə heç bir problem olmayacaq. Oyunu təhlil etmişik rəqibin zəif cəhətlərindən istifadə etməyə çalışacağıq. Komandaya yeni sistem gətirmişik. Bunu təkmilləşdirməyə çalışırıq. Əgər "Neftçi"dəki işimə davam etsəm, mövsüm ərzində  sistem dəyişməyəcək. Futbolçularda irəliləyiş var".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail