"Dinam" gürcülərin Azərbaycan bayrağını təhqir etməsiylə bağlı bəyanat yaydı

04.07.2015 | 8136 dəfə oxunub

Gürcüstanın "Dinamo" (Tbilisi) futbol klubu Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində Azərbaycanın "Qəbələ" klubu ilə keçirilən oyundan sonra baş verən insidentlə bağlı bəyanat yayıb.

Stadium.az xəbər verir ki, klub iyulun 2-də baş verən hadisəni pisləyir və belə halların iki ölkə arasındakı mövcud münasibətlərə xələl gətirməyəcəyinə ümid edir.

Klubun bəyanatında bunlar yer alıb: 

"İlk növbədə qeyd etmək istəyirik ki, klub fiziki zorakılıq və ardınca Gürcüstana dost olan ölkənin rəmzlərinin təhqir edildiyi insidenti pisləyir. Bizdə olan məlumatlara görə dəqiq deyə bilərik ki, klubla əlaqəli olan "Qladiator" fan-klubunun üzvlərinin hazırki insidentə aidiyyəti yoxdur.
Hadisələr "Dinamo Arena"dan kənarda baş verib və müvaifq olaraq "Dinamo" klubu təşkilatçı olaraq bu fakta görə məsuliyyəti öz üzərinə götürə bilməz. Stadionda asılmış bannerlərdən birinə gəldikdə isə (Tribunada Zaqatala və Qaxın "bayrağı" asılıb) bununla bağlı stadionun təhlükəsizlik xidməti operativ tədbirlər görərək banneri tribunalardan yığışdırıb.

Ümid edirik ki, belə hallar iki ölkə arasında mövcud olan münasibətlərə və onların idman keçmişinə, bu gününə və gələcəyinə xələl gətirməyəcək".

İyulun 2-də "Dinamo" - "Qəbələ" matçından sonra gürcü olduğu bildirilən fanatlar Azərbaycan komandasının azarkeşlərini söyərək döyməyə başlayıblar. Ardından isə onlar fanatlardan birinin əlindən Azərbaycan bayrağını alaraq ayaq altına atıblar və tapdalamağa başlayıblar.
Sosial şəbəkələrdə yayılan məlumatlara görə, kənarda duran polis əməkdaşları baş verənlərə heç bir reaksiya verməyib.





Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail