"Rudar"ın məşqçisi "Qarabağ"a meydan oxudu

09.07.2015 | 5387 dəfə oxunub

"Qarabağ"la oyuna 70-80 faiz hazırıq. Bu, ilk oyunda baxımlı oyun sərgiləməyimiz üçün yetərli deyil. Ancaq yaxşı nəticəyə ümid edirik".

Stadium.az xəbər verir ki, bu sözləri "Rudar" klubunun məşqçisi Vuko Boqovaç Monteneqro mətbuatına açıqlamasında deyib.

Monteneqro çempionunun məşqçisi Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"la qarşılacaqları oyun haqda fikirlərini bölüşüb:

"İlk oyunda elə nəticə qazanmalıyıq ki, cavab matçında mərhələ adlamaq şansımız olsun. Əlbəttə, ilk görüşdə mərhələ keçmək şansımızı itirməyəcəyimizi göstərməyə çalışacağıq. İstənilən halda, mən futbolçulara inanıram. Onlar klub, şəhər, ölkə və özləri üçün uğur qazanmaları baxımından gözəl şans əldə etdiklərini yaxşı bilirlər. "Mordoviya" ilə keçirilən yoxlama matçının sonlarına doğru komanda sanki ruhdan düşdü. Ancaq "Qarabağ"la oyunda buna yol vermək olmaz. Çünki Azərbaycan çempionu belə səhvləri bağışlamaz. Ancaq daha yaxşı hazırlaşmağımız üçün qarşıda bir həftə vaxtımız var".

İyulun 15-də keçiriləcək "Qarabağ" - "Rudar" matçı saat 21:30-da başlayacaq. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail