İspaniyalı futbolçu "Zirə"də

09.07.2015 | 5267 dəfə oxunub

Premyer Liqaya hazırlığı davam etdirən “Zirə” daha bir futbolçu ilə müqavilə imzalayıb. Stadium.Az xəbər verir ki, ispaniyalı Luiz Alberto Dies Okerin karyerasını bu klubda davam etdirəcək.

“Tato” ləqəbli yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb. 1992-ci il iyulun 9-da Santanderdə dünyaya gələn Luiz Alberto məhz doğum günündə “qartal” oldu. Tato bu gün tibbi müayinədən keçdikdən sonra müqaviləyə imza atıb.

Luiz Alberto Diez Okerin futbolda ilk addımlarını elə Santanderi təmsil edən “Rasinq”də atıb. 2009-cu ildə klubun “B” komandasına cəlb olunan pleymeyker 2 il sonra əsas komandada da çıxış edib. 2013-cü ildə “Rasinq”dən “Sestao”ya keçən Tato bir il sonra Xixon təmsilçisi “Sportinq”lə müqavilə bağlayıb. O, ötən mövsüm “Sportinq”in heyətində Sequndanın B seriyasında 29 oyunda meydana çıxıb və 3 qola imza atıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail