Tahir Süleymanov "Neftçi" rəhbərliyini sərt tənqid etdi: "Xalqı aldatmaq lazım deyil"

13.07.2015 | 4853 dəfə oxunub

"Neftçi"nin sabiq vitse-prezidenti Tahir Süleymanovun müsahibəsini təqdim edirik: 

- Avropa Liqasındakı təmsilçilərimizdən ikisi mərhələ adladı, biri bacarmadı. Nəticəni necə qiymətləndirə bilərsiniz?

- "İnter"lə "Qəbələ"ni təbrik etmək istərdim. "Qəbələ" təkcə növbəti mərhələyə adlamadı, Tiflis "Dinamo"sunu məğlub etməklə həm də psixoloji baryeri keçdi. Bu klub böyük uğurlar üçün alışıb-yanır. Buna klub rəhbərliyi, məşqçilər korpusu, futbolçular, azarkeşlər də hazırdılar.

- Böyük uğurlar dedikdə nəyi nəzərdə tutursunuz?

- Minimum pley-off mərhələsinə qədər irəliləməyi. Qrup mərhələsi barədə də düşünmək olar. "İnter" də tərifə layiqdi. Çünki komandanın məlum problemləri mövcuddu. Belə vəziyyətdə mərhələ adlamaq qəhrəmanlıqdı. Əminəm ki, hər iki klubumuz növbəti mərhələdə də uğur qazana bilər.

- Bəs "Neftçi"nin çıxışı barədə nə deyə bilərsiniz?

- "Neftçi" Həmkarlar İttifaqı yox, futbol klubudu. Avropa Liqası isə 19 yaşlı futbolçular üçün Azərbaycan çempionatı deyil. Belə bir klubu bu vəziyyətə salmaq lazım deyildi. Komandanın avrokubokların cari mövsümündəki çıxışı böyük ləkədi. Azərbaycan klublarına hələ "Mladost" kimi zəif rəqib düşməmişdi. Çernoqoriya klubu Azərbaycan I divizionunda ən yaxşı halda 4-5-ci yerlər uğrunda oynaya bilərdi. Bu klub həvəskar səviyyədə idi.

- Bəs belə bir komandanı keçə bilməməyin günahı kimdədi?

- Günahın Samir Əliyevlə futbolçularda olmadığı dəqiqdi. Bir daha deyirəm ki, "Neftçi" futbol klubudu, Həmkarlar İttifaqı deyil. Klub qısa bir zamanda belə bir vəziyyətə gətirildi. Bu insanlar çıxıb cavab verməlidilər. Futbolla, "Neftçi" ilə zarafat etmək olmaz. Belə çıxış klubun imicinə də mənfi təsir edir. "Neftçi" indi "Mladost"u keçə bilmirsə, yaxın illərdə Çempionlar Liqası və ya Avropa Liqasının qrup mərhələsindən danışmaq yersizdi.


- Klub gənclərə üstünlük verir...

- Aqil Məmmədov, Kaue, Araz Abdullayev, Ruslan Qurbanov, Nicat Qurbanov artıq gənc deyil. Xalqı aldatmaq lazım deyil. Bəs öz yetirmələri hanı? Elvin Yunuszadə ilə Mirhüseyn Seyidovun bu oyunlarda yeri aşkar görünürdü. Ayltonu vaxtında transfer etsəydilər, Cavid İmamverdiyevi də sifariş edə bilərdilər. O, komandaya kömək edə bilərdi.

- Azərbaycan klubları hazırda ciddi maliyyə problemləri yaşayır. Bəlkə, "Neftçi" də bunu nəzərə alıb?

- Maliyyə problemi olan klub Avstriyada təlim-məşq toplanışı keçə bilməzdi. Belə bir klub Çernoqoriyaya iki gün öncədən getməzdi. "Neftçi"nin maliyyə problemi yoxdu. "Neftçi"nin layiq olduğu şəkildə çıxış etmək lazım idi. "Neftçi" maliyyə problemlərindən şikayətlənsə, onda "İnter" "İnter Arena"da özünü asmalıdı. (azerisport)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail