Qurban Qurbanov: "Danilonu əsas heyətə qaytarmağı düşünmürəm”

13.07.2015 | 3401 dəfə oxunub

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov futbolçusu Danilo Diası transferə çıxardıqları xəbərini təsdiqləyib. Stadium.az xəbər verir ki, bu barədə o, "Futbol+" qəzetinə müsahibəsində deyib: 

"Soruşa bilərsiz ki, bu, legioner sayına görədisə, Avroliqada ondan istifadə edə bilərdiz. Ancaq çalışdıq ki, gələn il çempionatda hansı heyətlə çıxış edəcəyiksə, həmin futbolçularla təlim-məşq toplanışı keçək. Bu heyətdə Danilo Diasa yer yoxdur".

Qurban Qurbanovun sözlərinə görə, Dias transferə çıxarıldığı üçün onun ikinci komandada məşq etməsinə qərar verilib:

"Gələcəkdə necə olacağını görəcəyik. Bu haqda futbolçu özü də qərar verməlidir".

Təcrübəli mütəxəssis bildirib ki, D.Dias özünü yaxşı tərəfdən göstərsə belə, onun əsas komandaya qayıtması mümkünsüzdür:

"Açığı, Diası saxlamaq barədə düşünmürəm. Çünki onun mövqeyinə oyunçu transfer etmişik. Bildiyiniz kimi, Elvin Məmmədovu heyətə qatdıq. Əsasən həmin mövqedə yerlilərə üstünlük verdik ki, çempionatda limitlə bağlı hansısa problem çıxmasın. Bir sözlə, Danilonu əsas heyətə qaytarmağı düşünmürəm”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail