Rəşad Sadıqov üçün əlamətdar oyun

13.07.2015 | 4093 dəfə oxunub

“Qarabağ” birisügün Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda Bakıda Monteneqronun “Rudar” klubunu qəbul edəcək. Stadium.az xəbər verir ki, bu oyun ğdam klubunun kapitanı Rəşad Sadıqov üçün əlamətdar olacaq.

Belə ki, iyulun 15-də Rəşad meydana çıxarsa bu, onun Avrokuboklarda 60-cı oyunu olacaq. Rəşad buna kimi 10 dəfə İntertoto, 10 dəfə Çempionlar Liqası, 39 dəfə isə Avropa Kuboku oyununda meydana çıxıb. O, bu göstərici ilə azərbaycanlı futbolçular arasında mütləq rekorda da sahibdir.

Rəşad bu 59 oyunun 5-ni isə Türkiyənin “Kayserispor” klubuyla oynayıb. Belə ki, Rəşad Türkiyə klubuyla 4 dəfə İntertoto, 1 dəfə isə Avroliqa oyununda meydana çıxıb.

Sadıqov 54 oyunun 18-ni “Neftçi”, 36-nı isə “Qarabağ” formasıyla keçirdib.

Avrokuboklarda 2001-ci il avqustun 9-da “Neftçi” formasıyla debüt edən Rəşad, “flaqman”la 2, “Qarabağ”da isə 3 dəfə  Avrokubok oyunlarında qol vurmağa imkan tapıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail