“Neftçi”də daha bir qalmaqal: Elnur Məmmədov futbolçunu yollayıb, 3 aylıq maaşını vermədi

14.07.2015 | 6136 dəfə oxunub

Mirkamil Həşimlinin “Neftçi”dən ayrılması barədə xəbər vermişdik. Stadium.az xəbər verir ki, gənc oyunçu “flaqman”dan ayrılaraq “Zirə”yə keçib.

İş ondadır ki, Mirkamil “Neftçi”dən öz xoşuyla ayrılmayıb. Belə ki, “Neftçi”nin yetirməsi olan Həşimlisonradan transfer olunduğu “Fənərbaxça”dan ölkəmizə qayıdan zaman klubun o vaxtkı prezidenti Sadıq Sadıqovun şəxsi istəyiylə “Neftçi”yə qayıtmışdı. O zaman məhz Sadıqovun istəyini yerə salmayan  Mirkamil AZAL və “Sumqayıt”a yox demişdi. “Neftçi”yə transfer olunan Həşimli klubla 5 illik müqavilə imzalamışdı.

“Mirkamil əvəzedici heyət futbolçusu deyil. O, “Fənərbaxça” kimi böyük məktəb keçib. Mən Mirkamili əsas heyətdə görürəm, onu əsas heyət üzvü kimi meydana buraxacam”. Bu sözlər isə “Neftçi”nin o zamankı baş məşqçisi Böyükağa Hacıyevə məxsus idi. Ancaq Hacıyev komandadan göndərildi və yrinə Arif Əsədov gətirildi. Arif Əsədov isə peşəkarlığa sığmayan addım ataraq, U-19-un baş məşqçisi işlədiyi zaman Mirkamilə olan kinini “Neftçi”də də davam etdirdi. “Neftçi”də nəinki bir oyunda, heç cəmi bir dəqiqə də oynamağa şans verilməyən Mirkamilə arşı bu hərəkət ancaq şəxsi kinin, kişiyə yaraşmayan bu hərəkətin nəticəsi ola bilərdi.

Əvvəl Sadıq Sadıqov, sonra isə Arif Əsəsdov “Neftçi”dən getdi. Gözləmək olardı ki, komandaya yeni baş məşqçi gələn Samir Əliyev Mirkamilə şans verəcək. Ancaq “Neftçi”nin oyuncaq – maket Müşahidə Şurasını baş barmağına keçirərək fırladan klubun icraçı direktoru Elnur Məmmədov Həşimlini də Sadıq Sadıqovun adaml kimi qiymətləndirərək komandadan göndərdi. Klubla daha 4 illik müqaviləsi olan Mirkamil Həşimlinin bu sözləşməsi birtərəfli olaraq ləğv edildi. Futbolçu klubda görülmədiyindən müqaviləyə xitam verilməsinə etiraz etmədi. Yəni, “məni istəmirsizsə, mən sizi dünəndə istəmirəm” prinsipinə əməl edən gənc futbolçu komandadan ayrıldı. Bu zaman isə 4 ay aylıq maaşını klubdan ala bilməyən Mirakilin əmək haqqısı kəsilib. Belə ki, Mirkamil transfer vərəqəsini klubdan aldığı zaman ona 4 ayın yox, yalnız bir ayın əmək haqqısı verilib.

Maraqlıdır, gecə gündüz düzgünlükdən xoruzquyruğu qaynar çay kimi dəm-dəm vuran “Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayevin bundan xəbəri var? Yoxsa Abdullayev Məmmədovla əlbir olaraq Mirkamilin 3 aylıq maaşını 50-50-yə bölüblər?

QEYD: “Neftçi” tərəfinin də bu məsələyə münasibətini işıqlandırmağa hazırıq. Bir şərtlə ki, futbolçuya borclarının olmadığını deməsinlər. Aydınlıq gətirsinlər ki, niyə gənc futbolçunun 3 aylıq pulunu kəsiblər?!



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail