
"Rudar"ının baş məşqçisi: “Qarabağ” "Neftçi"dən çox güclü komandadır"

Sabah “Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi Monteneqro "Rudar"ının baş məşqçisi Mirko Mariç oyundan əvvəl bu gün jurnalistlərin suallarını cavablandırıb:
-
Bilirik ki, sabahkı oyun bizim üçün çox çətin olacaq. Bu komandanın ötən il
Avropa Liqasındakı çıxışından xəbərimiz var. Heyətin böyük əksəriyyəti də ötən
mövsümün futbolçularıdır.
“Qarabağ”
bir Avropa komandasıdır. Dediyim ki, biz rəqibə hörmət edirik. Biz sabah
əlimizdən gələnin ən yaxşısını etməy çalışacağıq.
-
“Qarabağ” haqda nələr bilirsiz?
-
Bilirik ki, burada həm köhnə, həm də yeni futbolçular var. “Qarabağ”ın maddi
imkanı ələ verir ki, onlar istədiyi futbolçunu ala bilsin.
-
Bundan əvvəl də Azərbaycan və Monteneqro klubları üz-üzə gəlib. Siz Azərbaycan
futbolu barədə nə düşünürsüz?
-
Biz “Neftçi” və “Mladost” un hər iki oyununa baxmışıq. Amma “Qarabağ” “Neftçi”dən
daha güclü klubdur. Buna görə də bu komandaları eyniləşdirmək olmaz.
-
Heyətlə bağlı hansısa probleminiz var?
-
Bir nəfər zədəli futbolçumuz var. Yapon əsilli oyunçumuzdur. Başqa problemimiz
yoxdur.
-
Sabah stadionda ən azı 20 min azarkeş olacaq. Sizin komanda bu qədər azarkeş
qarşısında meydana çıxıb?
-
İki il əvvəl Avroliqada Polşa klubuna qarşı səfərdə 30 min azarkeş qarşısında
oynamışdıq. “Qarabağ” bu qədər azarkeş qarşısında oynamağa öyrəşib. Bizdə isə
ən çox 1200 azarkeş olur.
-
Sabah konkret hansı nəticə üçün oynayacaqsız?
-
Meydana ancaq qələbə üçün çıxacağıq. Təbii ki, rəqib buna imkan versə.
![]() ![]() ![]() ![]() ![]() |
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|















Günün oyunlarına necə baxaq? - TV AFİŞA
|
||
07.12.2019




06.12.2019



05.12.2019










04.12.2019



03.12.2019




02.12.2019


![]() |
O | Q | H | M | T-f | X | ||
![]() |
||||||||
1. | Qarabağ | 14 | 9 | 4 | 1 | 24-7 | 30 | |
2. | Keşlə | 14 | 6 | 5 | 2 | 18-12 | 23 | |
3. | Neftçi | 13 | 6 | 4 | 3 | 20-11 | 22 | |
4. | Sumqayıt | 13 | 5 | 2 | 6 | 17-19 | 17 | |
5. | Zirə | 13 | 3 | 5 | 5 | 14-21 | 14 | |
6. | Sabah | 13 | 3 | 4 | 6 | 14-16 | 13 | |
7. | Səbail | 13 | 3 | 3 | 7 | 9-20 | 12 | |
8. | Qəbələ | 13 | 3 | 3 | 7 | 13-23 | 12 | |
![]() |

08.12 | Sabah | --- | Neftçi |
08.12 | Zirə | --- | Səbail |
08.12 | Sumqayıt | --- | Qəbələ |
06.12 | Qarabağ | 2-2 | Keşlə |
01.02 | Zirə | - | Sabah |
01.02 | Neftçi | - | Sumqayıt |
02.02 | Səbail | - | Qarabağ |
02.02 | Qəbələ | - | Keşlə |