Şahin Diniyev: "Qələbəni bir kənara qoyuram..."

16.07.2015 | 2979 dəfə oxunub

“Kəpəz” – “Qaradağ Lökbatan” yoxlama oyunundan sonra Gəncə klubunun baş məşqçisi Şahin Diniyev mətbuat xidmətinə fikirlərini bölüşüb.

Stadium.az xəbər verir ki, təcrübəli mütəxəssis heyətlə bağlı çatışmazlıqlara baxmayaraq, oyuna çıxdıqlarını bildirib:

“Bu gün keçirdiyimiz oyun planlara daxil deyildi. Sadəcə, “Qaradağ Lökbatan” klubu bizdən yoxlama görüşü üçün xahiş etdi, biz də etiraz etmədik. Heyətlə bağlı problemlərimiz var. Bəzi futbolçularımız zədəlidir. Ona görə onların əməyindən istifadə edə bilmədik. Cəmi 12 oyunçunu meydanda sınamaq imkanımız oldu”.

Şahin Diniyev I divizion təmsilçisi ilə oyundan razı qaldığını da deyib. O, futbolçuların artıq sistemə uyğunlaşdığını vurğulayıb: “Bizim üçün məşq əvəzi oyun oldu. Matça hücumçusuz çıxmışdıq. Orta xətt oyunçuları meydanda çoxluq təşkil edirdi. Komandanın oyun fəlsəfəmizə, sistemə uyğunlaşmaq baxımından irəliləyişlər var. Qələbəni bir kənara qoyuram, uşaqlardan meydandakı işlərinə görə razı qaldım”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail