Ramin Musayev: "Topaz” yenə də çempionatımızın sponsoru olmaqda maraqlıdır"

16.07.2015 | 2974 dəfə oxunub

Azərbaycan Premyer Liqasının 2015/16 mövsümünün start günü müəyyənləşib. 

Stadium.az xəbər verir ki, bu barədə yarışı keçirən Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev "Qəbələ İK" qəzetinə açıqlamasında bildirib.

Qurum rəhbəri sayca 24-cü olacaq milli çempionatda ilk turun oyunlarının avqustun 8-də və 9-da keçiriləcəyini deyib: "Artıq bu məsələ dəqiqləşib. Növbəti çempionatımıza avqustun 8-də start verəcəyik. Püşkatma mərasimini isə iyulun 15-20-si arasında keçirəcəyik. Qarşıdakı çempionatda çıxış edəcək komandalar öz iştiraklarını təsdiqləməyə başlayıblar. Klublar püşkatmaya 3 gün qalmışadək iştirak ərizələrini bizə göndərməlidirlər”.

Məlum olduğu kimi, son 3 ildə Premyer Liqanın sponsoru olan "Topaz” şirkəti ilə PFL arasında 2012-ci ildə imzalanmış əməkdaşlıq müqaviləsinin vaxtı bitib. Musayevin sözlərinə görə, ikitərəfli əməkdaşlığın davam etdirilməsi gözlənilir: "Topaz” yenə də çempionatımızın sponsoru olmaqda maraqlıdır. Bununla bağlı təklifə baxırıq. Biz də bu sponsorla əməkdaşlığı davam etdirmək
istəyirik. Yəni hər iki tərəfdə yeni müqavilənin imzalanması ilə bağlı müsbət fikir var. Bu məsələyə püşkatmayadək tam aydınlıq gələcək”.

Növbəti çempionatımızda birinci diviziondan gələn komandalar debütant "Zirə”ylə 2 illik fasilədən sonra Premyer Liqaya qayıdan "Kəpəz”dir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail