"Xəzər Lənkəran"da olan 10 yaşlı istedad

16.07.2015 | 1696 dəfə oxunub

"Xəzər Lənkəran"ın əvəzedici komandası Lənkəranda yeni mövsümə hazırlıqlarını davam etdirir. Stadium.az xəbər verir ki, Elbrus Məmmədovun rəhbərliyi ilə komanda hər gün iki məşqə çıxır. 

Heyətdə olan 23 futbolçu arasında ötən il əvəzedici və U-19 komandalarında çıxış edənlərdən əlavə baxışda olan bir neçə futbolçu da var. Toplanış ərzində həm azad agent statusuna malik futbolçular, həm də “Xəzər Lənkəran”ın aşağı yaş qruplarından cəlb olunan futbolçular baxışdan keçirlər. 


Amma bu futbolçulardan birinə xüsusi ilə diqqət yetirməyə dəyər. Bu, 2005-ci il təvəllüdlü Hüseynağa Səlimovdu. Böyük ehtimalla bu ad çoxlarına tanış gəlmədi. Lakin bu uşağı komandada və aşağı yaş qruplarını izləyənlərin arasında tanımayan az adam tapılar. Yaşına görə yüksək sürəti, texnikalı oyun qabiliyyətinə görə Hüseynağanı hamı “Tounkara” ləqəbi ilə çağırır. Ötən mövsüm həm U-10, həm U-11 komandasının heyətində çıxış edən Səlimov sonuncuların heyətində karyerasının ilk medalını - çempionatın bürüncünü əldə etdi.


Artıq iki gündü ki, komanda ilə məşqlərə çıxan Hüseynağa haqqında əvəzedici heyətin baş məşqçisi Elbrus Məmmədovun fikirlərini dinləyək: “Bu uşaq bütün günü bazadadı. Məşqləri izləyir, ayağına top düşən kimi hər hansı bir formada çalışır. Belə qərara gəldim ki, onu toplanışa cəlb edim. Əlbəttə, yaşı çox azdı. Amma məşqlərdə olduqca çalışqandı. Məşq prosesi zamanı onda çox şeyin alındığını deyə bilərəm. Və ən əsası da odu ki, tapşırıqları düzgün başa düşür. Bu futbolçunun gələcəkdən komandanın ən yaxşı futbolçularından olacağına inanıram”.


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

19.08.2017

17:20  “Səbail” - "Neftçi" - HEYƏTLƏR

02:03  "Mets" - "Monako" 1:0 VİDEO

18.08.2017

12:05  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

00:57  "Milan" - "Şkendiya" 6:0 VİDEO

17.08.2017

02:50  "Real" - "Barselona" 2:0 VİDEO

02:23  "Napoli" - "Nitsa" 2:0 VİDEO

02:19  "Seltik" - "Astana" 5:0 VİDEO

01:58  "Utrext" - "Zenit" 1:0 VİDEO

16.08.2017

12:59  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

00:16  "Qarabağ" - "Kopenhagen" - STATİSTİKA

15.08.2017

19:08  "Qarabağ" - "Kopenhagen" - HEYƏTLƏR

   
  O Q H M T-f X
1. Qarabağ 28 19 5 4 46:14 62  
2. Qəbələ 28 14 10 4 48:21 52  
3. İnter 28 11 10 7 39:33 43  
4. Zirə 28 10 9 9 29-26 39  
5. Kəpəz 28 9 9 10 24-27 36  
6. Sumqayıt 28 9 8 11 28:35 35  
7. Neftçi 28 9 2 17 24-45 29  
8. 28 1 7 20 13-50 10  
29.04Kəpəz 1-0İnter
29.04Sumqayıt 2-1İnter
29.04 0-3Zirə
29.04Neftçi 1-2Qarabağ
01.01 -
01.01 -
09.04 -
09.04 -