Ruslan Abışov: "Bu üzdən transferlər ikinci planda qaldı"

18.07.2015 | 5710 dəfə oxunub

Nevşehirdə təlim-məşq toplantısında olan "Xəzər Lənkəran" klubunun müdafiəçisi Ruslan Abışovun müsahibəsini təqdim edirik:

- Öncə "Qəbələ"dən ayrılmağınızın səbəbini bilmək istərdik. Bu barədə müxtəlif fikirlər səslənsə də, əsl səbəbini siz daha yaxşı bilirsiniz...

- Şərtlərlə razılaşmadım. Bu barədə çox danışmaq istəmirəm. Çünki hər şey keçmişdə qaldı. "Qəbələ"yə Avropa Liqasında uğurlar arzulayıram. Mənə orda kömək edən insanlara təşəkkürümü bildirirəm. Artıq "Xəzər Lənkəran"ın futbolçusuyam, indi yalnız bu komandanın uğurları barədə düşünürəm.

- Əsl səbəbini siz də demədiniz. Hansı şərtlər? Məsələn, bizdə olan məlumata görə, baş məşqçi Roman Qriqorçuk sizi əsas heyət üzvü kimi görmək istəmirmiş. Bu, nə dərəcədə doğrudu?

- Mən heç vaxt rəqabətdən çəkinməmişəm. Qriqorçuk həmin mövqeyə Ukraynadan futbolçu gətirdi. Məlum məsələdi ki, Qriqorçuk öz futbolçusunu ehtiyatda saxlayıb, azərbaycanlıya şans verməz. Əgər müdafiənin mərkəzinə başqa bir ölkədən legioner dəvət etsəydi, rəqabət aparmaq mənim üçün problem olmayacaqdı. Görünür, Qriqorçuk futboldan kənar amilləri də fikirləşib.

- Sabiq komandanız Avropa Liqasının həm I, həm də II mərhələsinin ilk görüşündə uduzdu. "Qəbələ"nin müdafiə xətti necə təsir bağışladı?

- Səhv etmirəmsə, "Qəbələ"nin 11 yeni transferi oldu, köhnə futbolçuların bir çoxu komandadan ayrıldı. Bu suala cavab verməyim doğru olmaz. Artıq "Xəzər Lənkəran" barədə düşünürəm.

- Təxminən 3 il əvvəl "Xəzər Lənkəran"a keçidiniz böyük rezonans doğurmuşdu. Ancaq bu dəfə belə olmadı. Bunu nə ilə əlaqələndirərdiniz?

- Bunun səbəbi klubların ötən mövsüm maliyyə cəhətdən zəifləməsidi. "Simurq", "İnter", AZAL kimi komandalar dağılmaq təhlükəsi ilə üzləşdilər. Bu üzdən transferlər ikinci planda qaldı. Ancaq inanıram ki, çempionatımız qarşıdakı illərdə daha yaxşı səviyyəyə qalxacaq.

- Yenidən "Xəzər Lənkəran"dasınız. Geridə qalan 3 il ərzində hansı fərqlər var?

- Açığı, bura keçməyimdə baş məşqçi Yunis Hüseynovun böyük rolu oldu. Hazırkı heyət komandanın iddialı olacağından xəbər verir. Yığmamızın bir neçə üzvü "Xəzər Lənkəran"a transfer olundu. Mənim üçün pul həmişə ikinci dərəcəli olub. Hər zaman iddialı komandada oynamaq, titul qazanmaq istəmişəm. Buna görə də "Xəzər Lənkəran"ı seçdim. İnanıram ki, bu seçim həm mənə, həm kluba, həm də milli komandaya uğurlu olacaq. Qarşıdakı mövsüm ən azı mükafatçılar sırasında yer almağa çalışacağıq.

- Komanda bu heyətlə çempionluğa iddia edə bilərmi?

- Düzdü, indidən bunu demək tezdi. Amma hər şey özümüzdən, keçdiyimiz məşqlərdən, oyunlara hazırlığımızdan asılıdı. Komandanın uğuru üçün əlimizdən gələni edəcəyik. Bilirik ki, "Xəzər Lənkəran" neçə ildi çempionatda uğur əldə edə bilmir, avrokuboklarda yaxşı nəticə göstərmir. İstəyirik ki, bu mövsüm ən azı medalçılar sırasında yer alaq.

- Sizin də yer aldığınız müdafiə xəttində boşluqlar var. Bu fikirlə razılaşırsınız?

- Hesab edirəm ki, nəinki müdafiə xəttinə, ümumiyyətlə, komandaya ən azı 3-4 orta səviyyəli futbolçu cəlb etmək lazımdı. Bu heyətlə sona qədər mübarizə aparmaq çətin olar. Çünki mövsüm ərzində cəzalı, zədəli futbolçular ola bilər ki, onları da əvəzləmək mümkün olsun. Bu çətinliklə üzləşməmək üçün mövqelərə oyunçular alınmalıdı.

- Toplanış çərçivəsində ikinci yoxlama görüşündə "Kasımpaşa"ya məğlubiyyəti necə şərh edərdiniz?

- Hazırlıq dönəmində belə məğlubiyyətlərin olması normaldı. Bu cür matçlarda nəticə yox, komandanın hansı durumda olmasını görmək önəmlidi. Düzdü, oyun baxımından elə də pis təsir bağışlamırıq. Əsas problemimiz rəqib qapısı qarşısında təhlükəli vəziyyətlər yarada bilməməyimiz idi. Yəqin ki, vaxt keçdikcə bu da yoluna qoyulacaq. (apasport)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail