"Hələ ötən il “Qəbələ” mənə məşqçilik təklifi etmişdi"

19.07.2015 | 3397 dəfə oxunub

"Hələ ötən il “Qəbələ” mənə məşqçilik təklifi etmişdi. Ancaq həmin vaxt ailə vəziyyətimlə əlaqədar Qəbələyə gəlişim alınmadı. Qismət bu ilə imiş”. Stadium.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin əvəzedici komandasının yeni köməkçi-məşqçisi Elmar Baxşıyev deyib.

Gənc mütəxəssis yeni işi ilə bağlı hədəflərindən də söz açıb: “Futbolçu karyeramı “Qəbələ”də bitirmişəm və bu klubda xoş təəssüratlarım olub. Üstəlik, əvəzedicilərin baş məşqçisi Ramin Quliyevlə bir yerdə oynamışıq, bir-birimizi yaxşı tanıyırıq. Akademiyamızda potensialı olan oyunçular var. Biz də çalışacağıq ki, onların üzərində yaxşı işləyək. Bu zaman paralel olaraq nəticə də qazansaq, yaxşı olardı. Məşqçi işi elədi ki, gərək hər gün öyrənəsən. Biz gənc məşqçilər də bunu edirik. Əlbəttə, məşqçilik futbolçuluqdan daha çətindi. Çünki məşqçinin məsuliyyəti daha böyükdü. Məqsədimiz əsas komandaya futbolçu yetişdirmək olacaq”.

Elmar Baxşıyev məşqçilik karyerasına “Neftçi”nin U-19 komandasında başlayıb. 35 yaşlı çalışdırıcının futbolçu karyerasının son klubu isə “Qəbələ” (2012/13) olub. (“Qəbələ İK” qəzeti)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail