Toni Adams: "“Qəbələ” mənim komandamdı"

19.07.2015 | 3519 dəfə oxunub

“Nəticənin təxminən belə olacağını bilirdim. Hər iki komanda bir-birinə yaxın gücdə olan eynisəviyyəli kollektivlərdi”. Stadium.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin İdman Direktoru Toni Adams deyib.

Serbiya mətbuatına geniş müsahibə verən ingilis mütəxəssis karyerası, İngiltərə Premyer Liqası və adada oynayan serb futbolçular haqqında fikirlərini bildirib.

“Arsenal”ın və İngiltərə milli komandasının keçmiş kapitanı “Qəbələ” və “Çukariçki” klubları arasındakı oyunlar və təmsilçimiz haqqında da düşüncələrini bölüşərək cütün taleyinin ikinci oyundan sonra həll olunacağını deyib:

“Mən ikinci oyunda nə olacağını bilmirəm. Ancaq bildiyim odur ki, iki komanda üçün də çətin olacaq. Rəqiblər ikisi də əskiklərini aradan qaldırmalıdı. Deyim ki, sizin təmsilçinizin oyunu inamlı və yaxşı təşkil olunmuş təsiri bağışlayırdı”.

Serb həmkarımızın Adamsa bir zamanlar “Qəbələ”nin baş məçqisi olduğunu xatırlatması və ondan “Azərbaycandakı missiyası” haqqında soruşduğu suala isə ingilis mütəxəssis bu cür cavab verib:

“Qəbələ” mənim komandamdı. Özümü buradakı işə həsr eləmişəm. Bir zamanlar burada məşqçi idim, indi isə əlavə məsləhətlərimlə kömək olmağa çalışıram. Hər şey yüksələn traektoriya ilə inkişaf edir. Ancaq uzunmüddətli uğurlardan danışmaq hələ tezdir. Azərbaycan çempionatının favoriti “Qarabağ”dı. Biz isə çalışırıq ki, üzərimzə düşən işi yerinə yetirək”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail