Qurban Qurbanov: "Sözləri varsa, gəlib üzümə desinlər"

17.09.2011 | 6579 dəfə oxunub

"Qarabağ" - "Xəzər Lənkəran" oyunundan sonra mətbuat konfransı keçirilib. Stadium.az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyun haqqında fikirlərini bildirib: "Rəqib haqqında yalnız xoş sözlər deyə bilərəm. Onlar qələbə qazanmağa layiq idi. Komandamda bəzi çatışmazlıqlar var idi ki, bu da özünü göstərdi. "Xəzər" azlıqda qaldıqdan sonra müdafiəyə çəkildi və bu oyunun tempini aşağı saldı. Hər il olduğu kimi bu il də çempionatın əvvəlində zəif çıxış edirik. Lakin inanıram ki, qarşıdakı turlarda bunu aradan qaldıracağıq".

Baş məşqçi onu istefaya səsləyənlərə müraciət edib: "Bu gün bəzi azarkeşlər məni istefaya səslədi. Onlara demək istəyirəm ki,  "istefa" qışqırmaqdansa, komandanı sona kimi dəstəkləsinlər. Bizdə azarkeş problemi var və bu hər zaman özünü göstərir. İstefa vermək fikrim yoxdur. Komandada qalacam və işimə davam edəcəm. Həmin azarkeşlərə isə bildirirəm ki, sözləri varsa, gəlib üzümə desinlər".

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail