Araz Abdullayev: “Neftçi” daima yüksək yerlər uğrunda mübarizə aparır"

23.07.2015 | 3220 dəfə oxunub

"Neftçi"nin yarımmüdafiəçisi Araz Abdullayev klubun rəsmi saytına açıqlamasında komandanın Türkiyə toplanışını dəyərləndirib. Stadium.az xəbər verir ki, Araz bunları deyib: 

“Toplanışımız normal səviyyədə gedir. Komandamız əsasən gənc futbolçulardan ibarətdir. Hamı çalışır ki, əsas heyətdə yer alsın, əsas heyətdə olanlar isə çalışır ki, yerini qorusun. 

Gündə iki dəfə intensiv məşqlər olur. Məşqlərdən hiss olunur ki, ab-hava yaxşıdır. Bu da futbolçular üçün sevindirici haldır. “Neftçi” daima yüksək yerlər uğrunda mübarizə aparır. Azarkeşlər də həmişə bizdən bunu gözləyir. Çalışacağıq ki, fanatlarımızı bu il sevindirək. Onlardan 12-ci oyunçu kimi bizə dəstək olmağı xahiş edirəm. Bütün klublara hörmətlə yanaşırıq. Çalışacağıq bütün oyunlara qələbə üçün çıxaq. İnşallah, istəyirik ilk oyunumuzda qələbə qazanaq. Azarkeşlərə sözüm budur ki, komandamız gənc və istəklidi. Əlimizdən gələni edəcəyik ki, onları sevindirək”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail