“Çukariçki”nin baş məşçqisi: "Biz bura bir qol üçün gəlmişdik"

23.07.2015 | 3118 dəfə oxunub

UEFA Avropa Liqasının II turunun cavab matçında “Qəbələ”yə 2:0 hesabıyla məğlub olan “Çukariçki”nin baş məşçqisi Vladan Miloyeviç matçı dəyərləndirib. Stadium.az xəbər verir ki, baş məşqçi oyun haqda belə danışıb:

“Biz 120 dəqiqəlik matça hazır idik. “Qəbələ”nin belə yaxşı oynayacağını gözləmirdik. Biz bura bir qol üçün gəlmişdik. İşimizi rahatlaşdırmaq üçün bu qolu axtarırdıq. Biz öz şanslarımızdan istifadə etsəydik indi qalib biz idik. “Qəbələ”nin vurduğu iki qol həmin futbolçunun fərdi ustalığı sayəsində oldu. Heç bir səhv bağışlanmır. Yaxşı olardı ki, biz də öz şanslarımızdan istifadə edək. Bəxt üzümüzə gülmədi və biz mübarizəni dayandırdıq.

"Qəbələ"də çox yaxşı komanda təşkile dilib. mən bu komandada kimisə fərd olaraq dəyərləndirmək istəmirəm. Ümumiyyətlə yaxşı komandadır.

"Qəbələ"nin növbəti turda necə çıxış edəcəyini deyə bilmərəm. Ancaq onu bilirəm ki, rəqib olan "Apollon" yaxşı komandadır. Onların həm yaxşı məşqçiləri, həm də yaxşı futbolçuları var.

İlk oyunla bu qarşılaşma arasında elə də böyük fərq yoxdur. Sadəcə olaraq bu dəfə "Qəbələ"nin futbolçuları fərdi olaraq daha yaxşı çıxış etdilər. Biz bunu gözləmirdik. Biz Serbiya çempionatının ilk turunun oyununda ağır matç keçirmişik. O oyun da bu gün bizə problem yaratdı. Üstəlik, yol da bizi yordu. 

Bu gün azarkeş faktoru da öz sözünü dedi".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail