Almeyda: "Çoxları Azərbaycan çempionatını tanımır"
"Qarabağ"ın braziliyalı yarımmüdafiəçisi Riçard Almeyda məşhur ESPN nəşrinə müsahibə verib. Stadium.az Almeydanın maraqlı
fikirlərini təqdim edir:
"Çoxları Azərbaycan çempionatını
tanımır. Ancaq mən şan-şöhrət axtarmıram. Sadəcə, ailəmə kömək etməyə
çalışıram. Azərbaycan Premyer Liqası güclü olmaya bilər, amma maliyyə durumu
yaxşı vəziyyətdədir.
Azərbaycan gözəl ölkədir, paytaxt
Bakı bir növ Dubayı xatırladır. Kluba böyük maliyyə vəsaiti yatırılır. İş
strukturu fantastikdir. Komandanın artıq yeni gözəl stadionu və çox yaxşı məşq
meydançası var.
Müharibə "Qarabağ"a da təsir edib. Bu barədə mənə çox danışıblar. Qonşu
Ermənistanla münaqişə çox ciddidir. Nə onlar Azərbaycana gəlir, nə biz oraya
gedə bilirik. Müharibə hər zaman ağırdır. İndi sözün həqiqi mənasında bu iki
xalq bir-birinə nifrət edir.
Rusiyanın bu ölkəyə təsiri
böyükdür. Lakin Azərbaycanda müsəlmanlar çoxluq təşkil edirlər. Burada siz
alkoqollara rast gələ bilmərsiniz. Ümumiyyətlə, qadınlar nadir hallarda evdən
çölə tək çıxırlar. Onları hər zaman yaxınları müşaiyət edir. Ailəm, həyat
yoldaşım buranı çox sevir. Əlbəttə, mənim arzum daha güclü çempionatlarda
oynamaqdır. Ancaq bu baş verməsə, "Qarabağ"da qalmaq istəyirəm".
|
||||||
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |