"Qəbələ" Kiprdə bir məşq keçəcək

29.07.2015 | 2577 dəfə oxunub

Avropa Liqasının III təsnifat mərhələsində Kiprin “Apollon” klubu ilə qarşılaşacaq “Qəbələ” ilk oyunun keçiriləcəyi Larnaka şəhərinə bu gün yollanacaq.

Stadium.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının bürünc mükafatçısı iyulun 30-da baş tutacaq qarşılaşmadan bir gün əvvəl Kiprə getməyə qərar verib.

“Qırmızı-qaralar” Bakı vaxtı ilə saat 16:00-da Larnaka beynəlxalq hava limanına çatacaq. Kiprdə cəmi bir məşqə çıxacaq komanda oyunöncəsi son hazırlığı matçın keçiriləcəyi “Antonis Papadopulos” stadionunda baş tutacaq.

“Qəbələ”nin məşqi saat 23:00-da başlayacaq. Bundan 30 dəqiqə əvvəl isə komandanın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçiriləcək.

İyulun 30-da “Antonis Papadopulos” stadionunda keçiriləcək “Apollon” – “Qəbələ” oyunu saat 22:00-da başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail