Qurban Qurbanov: "Onların gücü hər kəsə bəllidir"

29.07.2015 | 3682 dəfə oxunub

"Seltik" böyük tarixi olan klubdur. Onların gücü hər kəsə bəllidir. Özünəməxsus futbol sərgiləyirlər. Hansısa futbolçunun adını çəkməyim düzgün olmazdı. Yetərincə yüksək keyfiyyətli futbolçuları var".

Stadium.az klubun saytına istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Seltik"lə ilk oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

O, Şotlandiya klubunun matçın favoriti olduğunu bildirib: "Amma bu oyunda  istənilən nəticə qeydə alına bilər.  "Seltik"lilərin "Qarabağ"ı tərifləməsi onları yüksək peşəkarlığından irəli gəlir. Bizim üçün əlbəttə, bu sözləri eşitmək xoşdur. Amma bu, bizi daha məsuliyyətli olmağa vadar edir. Belə gözəl stadionda, çoxsaylı azarkeşlər önündə oynamaq maraqlı olacaq".

Qurbanov futbolçularının hər hansısa təzyiqlə üzləşəcəyinə inanmadığını vurğulayıb: "Onların belə oyunlarda təcrübəsi olduğunu düşünürəm".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail