"Qarabağ"a qol vurmasından danışdı

30.07.2015 | 3342 dəfə oxunub

"Hələ öncədən bilirdik ki, rəqib topla oynamağı yaxşı bacaran komandadır. Onlar topu özlərində çox saxladıqdan sonra qol imkanları arayırdılar".

Stadium.az xəbər verir ki, bunu Azərbaycanın "Qarabağ" klubu ilə Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda Şotlandiya "Seltik"inin yeganə qolunu vurmuş futbolçu Dedrik Boyata deyib.

25 yaşlı müdafiəçi bildirib ki, seçdikləri düzgün taktika sayəsində müsbət nəticəyə nail olublar. Lakin Konqo əsilli belçikalı oyunçu cavab görüşündə "Qarabağ"ın da lazımi nəticəni qazanmaq imkanının olduğunu vurğulayıb. O, Bakıdakı qarşılaşmanın "Seltik" üçün çətin keçəcəyini etiraf edib: "Öz meydanımızda qalib gəlmişik və Bakıya üstünlüklə yollanırıq. Amma hələ daha 90 dəqiqə oynamalıyıq. Bu isə həqiqətən ağır olacaq. Bilirik ki, səfər qolu bizim üçün çox vacibdir. Bakıda da qalib gəlməyə qadirik. 90 dəqiqə ərzində nələrin baş verəcəyini heç vaxt bilmək olmur. Amma biz yaxşı nəticə ilə qayıda bilərik".

Dedrik Boyata "Qarabağ"ı 82-ci dəqiqədə künc zərbəsindən sonra məyus edib. Avqustun 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab görüşü saat 21:30-da başlanacaq. (report)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail