"Düşünməməlidirlər ki, Etonun komandasına qalib gəlmişik, hər şey edə bilərik"

01.08.2015 | 4172 dəfə oxunub

“Neftçi” ötən gün yoxlama oyununda Türkiyənin “Antalyaspor” klubuna 2 cavabsız qolla qalib gəldi. Komandanın baş məşqçisi Samir bu qarşılaşmayla bağlı Stadium.Az saytına açıqlama verdi. Əliyev matç barədə bunları söylədi:

“2:0 hesabıyla qələbə qazanmağımıza baxmayaraq çox çətin oyun keçdi. Birinci hissədə “Antalyaspor”un iki real qol vəziyyəti oldu, amma istifadə edə bilmədilər. Hər ikisində qapıçımız Aqil Məmmədov yaxşı oynadı. Biz isə əlimizə düşən qol vəziyyətlərindən lazımınca yararlandıq. Amma yenə də qol vura bilərdik. Əsas sevindirici məqam odur ki, komanda mən istədiyim futbolu oynadı və ilk dəfə qol buraxmadan meydanı tərk etdik. Amma yenə də çatışmayan cəhətlərimiz və səhvlərimiz çoxdur. Bizim uşaqlar – komandamız “Antalyaspor”la oyuna, qələbə qazanmalarına aldanmamalıdırlar. Düşünməməlidirlər ki, biz Etonun komandasına qalib gəlmişik, day çempionatda hər şey edə bilərik. Bu, sadəcə bir yoxlama oyunu idi. Rəsmi oyunlar tam fərqli, başqa cür olur.  


Belə oyunda qələbə qazanmaq çempionat öncəsi çox yaxşıdır. Bu amil çempionata yaxşı əhval ruhiyədə başlamamıza kömək olmalıdır”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail