"Xəzər Lənkəran"ın legionerləri komandanı tərk etdi

19.09.2011 | 4306 dəfə oxunub

Premyer Liqanın lideri "Xəzər Lənkəran" futbolçularını istirahətə buraxıb. Stadium.az xəbər verir ki, səfərdə "Qarabağ" üzərində qələbə qazanan cənub klubu növbəti turun hazırlıqlarına bir qədər gec başlayacaq. 

Komandanın rəisi Səməd Mustafayev saytımıza açıqlamasında bildirib ki, növbəti məşq çərşənbə axşamına təyin olunub: "Fürsətdən istifadə edən legionerlər öz vətəninə yollanıb. Onlardan Azərbaycanda qalanları da var. Hamı çərşənbə axşamı Lənkəranda baş tutacaq məşqə qatılacaq. Komandanın baş məşqçisi Mirça Rednik isə Azərbaycandadır. O, ölkəmizdə dincəlməyi məqsədəuyğun hesab edib". 

Mustafayev komandada əhval-ruhiyyənin yaxşı olduğunu deyib: "Qələbədən sonra hamı sevinir. İnanırıq ki, bu qələbənin davamını gətirəcəyik. Heyətdə zədəli futbolçunun olmaması yaxşı haldır".

6 oyundan 16 xal toplayan "Xəzər Lənkəran" turnir cədvəlinin birinci pilləsində qərarlaşıb. Rednikin komandası ən yaxın izləyicisi "Bakı"nı 5 xal qabaqlayır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail