Mahmud Qurbanov hələ də rekordçudur

03.08.2015 | 4755 dəfə oxunub

Bu həftə Azərbaycan Premyer Liqasında 24-cü mövsümün ilk oyunları baş tutacaq.

Stadium.az xəbər evrir ki, nəticəsi ləğv olunan matçlar nəzərə alınmamaqla, arxada qalan 23 çempionatda 2680 futbolçu iştirak edib. 1992-ci ildə start götürən yarışda ən çox oyun keçirən futbolçu Mahmud Qurbanovdur. 421 oyuna çıxan sabiq yarımmüdafiəçi Azər Məmmədovdan 23, Aslan Kərimovdan 29 matç öndədir. Karyerasını davam etdirən oyunçulardan yalnız ikisi – Rəşad Abdullayev və Rəşad Sadiqov ilk 10 futbolçu arasında yer alıb.

23 ildə 1275 futbolçu rəqib qapısına qol vurub. Bombardirlər siyahısına 183 dəfə fərqlənən Nazim Əliyev başçılıq edir. O, Müşfiq Hüseynovdan 58 qol çox vurub. 3-cü olan Rövşən Əhmədov ən sərrast oyunçu Əliyevdən 67 top geri qalır. İlk 10 pillədə qərarlaşanların hər biri futbolçu karyerasını başa vurub. (Pfl-in saytı)

Premyer Liqada ən çox oyun keçirən 10 futbolçu

1.

Mahmud Qurbanov

421

2.

Azər Məmmədov

388

3.

Aslan Kərimov

382

4.

Aqil Məmmədov

363

5.

İsmayıl Məmmədov

351

6.

Rəşad Abdullayev

337

7.

Kənan Kərimov

327

8.

Rəşad Sadiqov

318

9.

Nadir Nəbiyev

316

10.

Mübariz Orucov

311


Premyer Liqanın 10 ən yaxşı bombardiri

1.

Nazim Əliyev

183

2.

Müşfiq Hüseynov

125

3.

Rövşən Əhmədov

116

4-5.

Qurban Qurbanov

115

 

Samir Ələkbərov

115

6.

Alay Bəhramov

108

7.

Nadir Nəbiyev

103

8-9.

Xaqani Məmmədov

102

 

Vadim Vasilyev

102

10.

Kənan Kərimov

101



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail