Şahin Diniyev: "Bizə komandaya kömək edə biləcək futbolçular, o cümlədən legionerlər lazımdı"

03.08.2015 | 3519 dəfə oxunub

Qarşıdakı mövsümdə "Kəpəz”in heyətində yerli futbolçularla yanaşı, legionerlər də çıxış edəcək. 

Stadium.az xəbər verir ki, gəncəlilər hücumçu Aleksandr Sitnik, yarımmüdafiəçilər Martins Junior Osvaldo Jose, Da Silva Junior Dario Frederiko və qolkiper Tadas Simaitis ilə güclənib.

Adı çəkilənlərlə bir illik müqavilə bağlanılıb. "Sarı-göylər”in baş məşqçisi Şahin Diniyev əcnəbilərin komandaya cəlb olunması haqda klubun mətbuat xidmətinə fikirlərini bölüşüb: "Legionerlər Türkiyənin Ərzurum şəhərində keçirilən təlim-məşq toplanışında düşərgəmizə təşrif buyurdular. Onlara məşqlərdə və yoxlama oyunlarında baxdım. Açığı, bəyəndim. Bakıda bir daha baxmaq istədim, ona görə də futbolçuları ölkəmizə dəvət etdik. Komandaya legioner götürmək çox həssas bir məsələdir. Səhv etmək olmaz, tam əmin olandan sonra müqavilə bağlamalısan”.

Legionerlərdən Junior Osvaldo azarkeşlərimizə yaxşı tanışdı. O, bir vaxtlar Azərbaycan Premyer Liqasında çıxış edib. "Xəzər Lənkəran” və "Bakı”nın şərəfini qoruyub: "Bizə komandaya kömək edə biləcək futbolçular, o cümlədən legionerlər lazımdı. Deyə bilərəm ki, Juninyo belə oyunçulardandır. Onun oyunlarının kasetini izləmişdim, amma yenə də sınamaq istədim. Ümidlərimizi doğruldur. Heyətdəki bütün futbolçulara inanıram”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail