"Seltik"in baş məşqçisi: "Bizim üçün çətin olacaq"

05.08.2015 | 3212 dəfə oxunub

"Hər şey qaydasındadır. Yerləşdiyimiz otel və səfər qaydasındadır. İnanıram ki, futbolçular vəziyyətə öyrəşib lazımi oyunu göstərəcək".

Stadium.az xəbər verir ki, bu sözləri "Seltik" klubunun baş məşqçisi Ronni Deyla Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Qarabağ"la cavab oyunu öncəsi deyib.

O, mərkəzi arenanın ot örtüyü haqda da fikirlərini bildirib: "Ot örtüyünün vəziyyəti yaxşı deyil. Ancaq qışda Şotlandiyada bu tipli qazonlarda oynamışıq. Mümkün qədər bütün problemlərin aradan qalxmasına çalışacağıq. Nəzərə alaq ki, rəqib də bizimlə eyni şəraitdə oynayacaq".

"Ötən il Çempionlar Liqasında çıxış edə bilmədik və bu bizi təəssüfləndirmişdi. Ancaq indi Avropanın ən nüfuzlu klub turnirində çıxış etmək istəyirik" - R.Deyla bildirib. 

Baş məşqçi "Qarabağ"ın texnikalı futbolçulara malik olduğunu, yaxşı oyun nümayiş etdirdiyini, buna baxmayaraq qələbə qazanmaq istədiklərini söyləyib:
 
"Azarkeşlərimiz Çempionlar Liqasında çıxış etməyimizi istəyir və onlara bu sevinci yaşatmağa çalışacağıq".

R. Deyla “Qarabağ” haqda müsbət fikirlər də səsləndirib: “Qarabağ” topla oynamağı bacaran komandadı. Yaradıcı oyun sərgiləyir. Eyni zamanda texnikalı oyunçuları var. Fikrimcə, bizim üçün çətin olacaq. Sabah çox ehtiyatlı oynamalıyıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail