UEFA-dan Cavidlə bağlı "Qəbələ"yə şad xəbər

06.08.2015 | 3225 dəfə oxunub

UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində iyulun 30-da keçirilən “Apollon” (Kipr) – “Qəbələ” matçı (1:1) ilə bağlı qərar verib. Stadium.az xəbər verir ki, qitənin futbol qurumu Larnaka şəhərindəki “Antonis Papadopulos” stadionunda baş tutan görüşdə yaşananları müzakirə edərək, müvafiq addımı atıb. Matçdakı bərabərlik qolunu vurarkən sevincini nümayiş etdirən Cavid Hüseynovun jestindən narazı qalan “Apollon”un şikayətini, həmçinin “Qəbələ”nin kapitanı ilə bağlı göndərdiyi müdafiə məktubunu dəyərləndirən UEFA kiprlilərin iddiaların əsassız hesab edib. Qurum baş verənlərin bütün təfərrüatlarını nəzərdən keçirdikdən sonra Hüseynovun cəzalandırılmamasına qərar verib.

“Qəbələ” və “Apollon” arasında cavab oyunu avqustun 6-da Bakıda keçiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail