“Turan” Bundesliqa klubuna məğlub oldu

20.01.2011 | 6561 dəfə oxunub

rn

Premyer Liqada qalmaq üçün mübarizə aparan  “Turan” klubu Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirir. Stadium.az xəbər verir ki, Tovuz təmsilçisi hazırlıq prosesi çərçivəsində ilk yoxlama oyununa çıxıb. Belə ki, Naci Şensoyun rəhbərlik etdiyi komanda "Rose Remindance Beach" otelinin meydançasında Almaniyanın III Bundesliqa təmsilçisi "MSV Pampov" qarşılaşıb. Koreyalı hakimlər briqadasının idarə etdiyi matçda “tovuzlular” 20-ci dəqiqədə qapısında qol görüb və qarşılaşma 1:0 hesabı ilə almanların xeyrinə başa çatıb.

rn

Qeyd edək ki, bu qarşılaşma Naci Şensoyun debüt matçı olub.

rn

“Turan”ın start heyəti: Kamal Bayramov, Məhərrəm Müslümzadə, Hüseyn İsgəndərov, Oleq Qvelesiani, Rəşad Orucov, Orxan İsmayılov, Cavid Tağıyev, Georgi Çediya, Rəşid Həsənov, Georgi Beriaşvili, Vurğun Hüseynov.
Naci Şensoyun oyunun gedişi zamanı şans verdiyi futbolçular: Şamil Saidov, Yasin Abbasov, Ruslan Namazov, Akif Tağıyev, Xəyal Qarayev, Qalib Əmrahov, Azər Məmmədov, Viktor Qonta, Fərmayil Əliyev.

rn

Xəyal Azəroğlu

rn

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail