"Qarabağ" yenə öndə, "Qəbələ"dən 21 pilləlik sıçrayış

07.08.2015 | 3340 dəfə oxunub

Avrokubokların III təsnifat mərhələsinin cavab oyunlarından sonra UEFA klubların reytinq siyahlısını açıqlayıb. Stadium.az xəbər verir ki, 456 klubun yer aldığı siyahıda Azərbaycanı 7 komanda təmsil edir.

Klublarımız arasında ən yaxşı nəticə “Qarabağ”a məxsusdu. Hesabına 0,100 xal əlavə edən ağdamlılar aktivini 11,475-ə çatdırıb. Azərbaycan çempionu bu nəticə ilə 1 pillə geriləyərək, 133-cü yerə düşüb.

Mübarizəni dayandırmasına baxmayaraq, aktivinə 0,100 xal yazılan “Neftçi” 9,425 xalla 160-cı yerdəki mövqeyini qoruyub. Xal hesabını eyni qədər artırıb 5,075-ə çatdıran “İnter” bir addım irəliləyib və 253-cü yerə yüksəlib.

Digər klublarımızdan çox – 0,600 xal əldə edən “Qəbələ” əmsalını 4,325-ə çatdırıb. Bununla da “qırmızı-qaralar” 21 pillə irəliləyib. Sıçrayışa komandanın Avropa Liqasının III təsnifat mərhələsində Kipr “Apollon”unu mübarizədən kənarlaşdırması səbəb olub – 1:1, 1:0.

Digər üç komandamız cari mövsüm avrokuboklarda iştirak etməsə də, ölkəmizin reytinqi qalxdığından 0,100 xal əldə edib. 2 pillə geriləyən “Xəzər Lənkəran” (4,075) 292-cı pilləyə düşüb. Hərəyə 2 pillə irəliləyən “Bakı” və AZAL (hər ikisi 2,825) 349-cu yerə şərikdi.

 Siyahıya 142,857 xalı olan İspaniya “Real”ı başçılıq edir. (apasport)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail