Əmrah Çəlikəl: "Hər şeyə Bakıdakı cavab matçında aydınlıq gələcək"

07.08.2015 | 3297 dəfə oxunub

“Püşkatmada mən yox, başqa nümayəndəmiz iştirak edirdi. Hazırda rəqibimiz haqqında çox da məlumata malik deyiləm. Amma bu mərhələdə mübarizə aparırsa, deməli, "Yanq Boyz" da güclü komandadır”.

Stadium.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın direktoru Əmrah Çəlikəl Avroliqanın pley-off mərhələsinin püşkünü dəyərləndirərkən söyləyib.

“Qarabağ”ın da zəif komanda olmadığını söyləyən klub rəsmisi deyib: “Bu matçlara çox ciddi hazırlaşacağıq ki, yenidən Avroliqanın qrup mərhələsinə düşək. Onu da qeyd etməliyəm ki, ilk matçın səfərdə keçirilməsi çox yaxşı oldu. Çünki hər şeyə Bakıdakı cavab matçında aydınlıq gələcək. Üstəlik bu müddətdə Tofiq Bəhramov adına Respublika stadionunun qazonunun bir az da yaxşılaşdırılmaq imkanı əldə edəcəyik. İnşallah, hər şey istədiyimiz kimi olacaq".

"Qarabağ"ımız ilk oyununu Bernin 32 minlik "Stad de Suiss" stadionunda keçirəcək. Bu matç avqustun 20-də olacaq. Bundan bir həftə sonra isə Bakıda cavab oyunu keçiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail