Şahin Diniyev: "Ajiotaj yaratmaq lazım deyil"

08.08.2015 | 3031 dəfə oxunub

“Futbolçular çempionata normal qaydada hazırlaşıblar. Ona görə də ilk turda “Neftçi” ilə qarşılaşacağımız bizi qorxutmur. Onsuz da çempionatda bütün rəqiblərlə oynamalıyıq. Gəncə azarkeşlərinə əvvəlki derbilərin ab-havasını yaşatmağa çalışacağıq”. 

Stadiuam.az xəbər verir ki, bu sözləri “Kəpəz”in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının startı öncəsi bildirib.

Təcrübəli mütəxəssis “Neftçi”nin köklü klub olduğunu və azarkeşləri maraqlı matçın gözlədiyini açıqlayıb: “”Neftçi”nin böyük tarixi var. Komplektləşmiş heyətə malikdirlər, Avropa Liqasında çıxış ediblər. “Kəpəz”in isə yenidən qurulduğunu nəzərə alaraq bizi çətin oyunun gözlədiyini demək mümkündür. Proqnoz verməyi sevmirəm, amma futbolçularımızın meydançada dizlərinin əsməyəcəyini söyləyə bilərəm. Nə gücləri var, onu oyunda qoyacaqlar. Fanatlar üçün maraqlı görüş olacaq”. 

“Kəpəz” – “Neftçi” oyunu futbol ictimaiyyəti tərəfindən tarixi derbi adlandırılır. Bu da hər iki komandanın ölkənin ilk klubları olmasından və aradakı rəqabətin uzun illərə söykənməsindən doğur. Tərəflərin görüşü həmişə gərgin mübarizə şəraitində keçib: “Səmimi olaraq deyim ki, yeni yığılmış komanda olduğumuzdan və uşaqlar ayrı-ayrı klublardan gəldiyindən derbinin həyacanını tam hiss etmirlər. Ajiotaj yaratmaq lazım deyil, oyunçular zamanla bunu başa düşəcəklər. Azarkeşlərin oyuna marağı istər-istəməz əvvəlki derbiləri xatırlatmağa başlayıb. Mənə elə gəlir ki, həm “Kəpəz”, həm də “Neftçi” futbolçuları maraqlı, gərgin oyunla, qollarla derbi ab-havasını qaytaracaqlar”. (klubun mətbuat xidməti)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail