Respublika stadionu bağlandı

10.08.2015 | 3154 dəfə oxunub

Tofiq Bəhramov adına Respublika Stadionunda ot örtüyünün təmirinə başlanılıb. Stadium.az xəbər verir ki, bu barədə mərkəzi arenanın direktoru Akif İsmayılov məlumat verib.


Onun sözlərinə görə, məqsəd "Qarabağ"ın avqustun 27-də İsveçrə "Yanq Boyz"u ilə keçirəcəyi Avropa Liqasının pley-off mərhələsinin cavab görüşünədək ot örtüyünü hazır vəziyyətə gətirməkdir.

A.İsmayılov bildirib ki, aparılan işlərlə əlaqədar "Qarabağ" Azərbaycan Premyer Liqasının II turunda "Rəvan"ı Respublika Stadionunda qəbul edə bilməyəcək. O, bərpa prosesindən sonra arenada ilk qarşılaşmanın məhz "Yanq Boyz"la oyuna təsadüf edəcəyini söyləyib.

Respublika Stadionunun ot örtüyü "Qarabağ"ın Şotlandiya "Seltik"i ilə avqustun 5-də keçirdiyi Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşündən öncə saralmağa başlayıb. Nəticədə elə də əlverişli olmayan qazonda baş tutmuş oyunda hesab açılmayıb və Ağdam təmsilçisi ilk matçdakı 0:1 hesablı məğlubiyyət üzündən ən nüfuzlu klub turnirində mübarizəni dayandırıb. (Report)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail