Cavid Hüseynov həbs edildi

11.08.2015 | 6502 dəfə oxunub

Bir neçə dəqiqə əvvəl Sabayel Rayon Məhkəməsində “Qəbələ” futbol klubunun sabiq kapitanı Cavid Hüseynov həbs olunub.

Futbolçunun vəkili Adəm Məmmədovun ANS PRESS-ə verdiyi məlumata görə, hakim Elşad Şamayevin sədrliyi ilə keçirilən prosesdə Sabayel Rayon Prokurorluğunun C.Hüseynov barəsində təqdimata baxılıb. C.Hüseynov Cinayət Məcəlləsinin 307.1, 307.2 - cinayəti bilib gizlətmə maddəsi ilə ittiham elan olunub. Futbolçu barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. 

Adəm Məmmədov məhkəmənin bu qərarından appelyasiya şikayəti verəcəklərini bildirir. 

Qeyd edək ki, jurnalist Rasim Əliyev C.Hüseynovun bibisi oğlu Elşən İsmayılov və daha 6 nəfər tərəfindən vəhşicəsinə döyülüb. 4 qabırğası sındırılan, qulağı zədələnən jurnalist 1 saylı Kliniki Tibii Mərkəzə aparılıb və orada dünyasını dəyişib. Olaydan sonra E.İsmayılov həbs olunub. O da peşəkar idmançıdır, AZAL komandasının əvəzedici heyətində müdafiəçi mövqeyində oynayıb. E.İsmayılovun 21 yaşı var. O, 1994-cü il iyun ayının 21-də anadan olub. Onunla bərəbər jurnalistin döyülməsində iştirak edən şəxslərin də saxlanılması haqda məlumat var. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail