"Xəzər Lənkəran" üçün əlamətdar oyun

12.08.2015 | 3166 dəfə oxunub

Çempionatın ilk həftəsi uğurlu nəticələrlə yanaşı “Xəzər Lənkəran”ın bir sıra futbolçusu üçün əlamətdar faktlarla yadda qalıb. Stadium.az xəbər verir ki, Lənkəranda yeni futbol mövsümü şənbə günü əvəzedici heyətlərin oyunu ilə başladı.

Matçın gedişində “İnter”in əvəzedicilərinə 0:2 hesabı ilə məğlub olan Elbrus Məmmədovun komandası toparlanaraq yekunda 3:2 hesablı qələbəni bayram etdi. Maraqlı fakltlardan biri o oldu ki, həmin matçda cənubluların heyətində 4-ü start heyətində olmaqla 5 nəfər 1999-cu il təvəllüdlü futbolçu iştirak etdi. Bunlardan Yusif Həsənov, İbrahim Qədirzadə və Şamxal Sadiqov ötən mövsüm əvəzedici heyətdə çıxış etmişdilərsə, yenicə peşəkar müqavilələrə imza atmış Kamal Dənziyev və Kənan Həsənov debüt matçlarına çıxdılar.

Elə qələbənin qazanılmasında da klubun 16 yaşlı yetirmələri böyük rol oynadılar. İki il öncə akademiyanın skautları tərəfindən Astarada aşkar olunub komandaya cəlb olunan hücumçu Kamal Dənziyev ilk qolu vurmaqla hesab arasındakı fərqi azaltdı. Bir qədər sonra məhz Kamala qarşı qayda pozuntusuna görə təyin olunan penaltini kapitan Zaman Mirzəzadə qola çevirdi. Son dəqiqələrdə isə Kamal həmyaşıdı İbrahim Qədirzadəyə etdiyi qol ötürməsi ilə qələbəyə yekun tövhəsini verdi.

Bu arada, İbrahim Qədirzadə üçün sözügedən matç onun əvəzedici heyətdə vurduğu ilk qolla yaddaşda qaldı. U-16 və U-17 liqalarında bu tip uzaqdan zərbələrlə vaxtaşırı fərqlənən yarımmüdafiəçi, artıq burada da qol hesabını açdı.

Bazar günü baş tutan əsas komandanın oyunu da 3 futbolçunun debütü ilə yadda qaldı. Ötən ilin əvvəlində komandaya cəlb olunan, amma heyətdə çıxış etmək imkanı əldə etməyən və bu yay icarədən qayıdan Orxan Əliyev start heyətində meydana çıxdı və yaxşı təəssürat bağışlaya bildi. Əvəzedicilərin kapitanı Zaman Mirzəzadə də əsas komandanın heyətində ilk oyununa çıxdı. Daha çox müdafiədə çıxış edən klubun 20 yaşlı yetirməsi baş məşqçinin göstərişinə əsasən mərkəz hücumçusu mövqeyində çıxış etdi. Son dəqiqələrdə isə daha bir debüt baş tutdu – 19 yaşlı Fərid Əsədov meydana daxil oldu. (klub saytı)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail