"Qarabağ" oyun Suraxanıda olacaq, PFL olmayacaq deyir

12.08.2015 | 4430 dəfə oxunub

"Qarabağ" klubu bir neçə gün öncə yeni inşa etdirdikləri stadionun açılış tarixinin müəyyənləşdiyini açıqlamışdı. Stadium.az xəbər verir ki, Ağdam klubu bu barədə sosial şəbəkələrdən birindəki rəsmi səhifəsində açıqlama yaymışdı.

Açıqlamada bildirilirdi ki, avqustun 15-də Azərbaycan Premyer Liqasının ikinci turunda keçiriləcək "Rəvan"la oyundan əvvəl "Qarabağ"ın yeni stadionunun açılışı olacaq. Hətta açılışda klub prezidenti Abdulbari Gözəlin də iştirak edəcəyi bildirilirdi.

Lakin Peşəkar Futbol Liqasından aldığımız məlumata görə, onlar Suraxanıda yerləşən bu arenada təftiş aparmayıblar. Çünki Ağdam klubu onlara bunun üçün heç bir müraciət ünvanlamayıb.

Bu üzdən də böyük ehtimalla "Rəvan"la oyun paytaxtdakı digər arenalardan birində keçiriləcək. Sözügedən qarşılaşmaya ev sahibliyi etməyə əsas namizəd stadionlar isə "Bayıl Arena", "Dalğa Arena" və İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionudur. Ağdam klubunun ötən mövsüm ev oyunlarını keçirdiyi Tofiq Bəhramov adına Respublika stadionu isə hazırda təmirdədir. "Qarabağ" mərkəzi arenada avrokubok oyunlarını keçirə biləcək. Hazırda bu stadion komandanın İsveçrə "Yanq Boyz"u ilə görüşü üçün hazırlanır.

PFL-dən onu da istisna etmədilər ki, "Qarabağ" vaxtında müraciət etsə və aparılacaq təftişlər uğurlu alınsa, "Rəvan"la oyun elə Suraxanıdakı yeni stadionda da baş tuta bilər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail