"Matça hətta kommunistlər də gələ bilərlər"

13.08.2015 | 3204 dəfə oxunub

"Qəbələ"nin meneceri Səməd Nəsibov Avropa Liqasının pley-off mərhələsində bu komandanın rəqibi olan Yunanıstanın "Panatinaikos" klubunun meneceri Spiros Vlahosun açıqlamalarına münasibət bildirib. Stadium.az xəbər verir ki, o, "azerisport.az" saytına açıqlamasında bunları söyləyib:

"Matça hətta kommunistlər də gələ bilərlər. Axı biz bilet satarkən insanları siyasi baxışlarına görə bölə bilmərik. Ona görə "Panatinaikos"la oyunumuza Türkiyədən "bozqurd"ların gəlməsi də mümkündür. Bizim əsas vəzifəmiz isə təhlükəsizliyi yüksək səviyyədə təmin etmək və təxribata yol verməməkdir. Rəqib düşərgədə əbəs yerə bizim matçı yüksək səviyyədə təşkil edəcəyimizdən narahat olurlar. "Qəbələ" ilk dəfə deyil ki, beynəlxalq turnirə ev sahibliyi edir. Kipr "Apollon"u da təxribatdan narahat idi. Amma biz onlarla ev oyununu layiqli şəkildə təşkil etdik. Kipr bayrağı təhqir olunmadı. Halbuki, onların təşkil etdiyi ev oyununa dair bunu demək olmaz. Çünki Azərbaycan bayrağına qarşı orada böyük hörmətsizlik göstərildi". 

Nəsibov hesab edir ki, Yunanıstan klubunun rəsmisinin açıqlamalarının bir səbəbi var: "Onlar bizim klubdakı psixoloji vəziyyətdən xəbərdardırlar. Bu üzdən də vəziyyəti daha da ağırlaşdırmaq istəyirlər. Qoy "Panatinaikos" öz ev oyununda təhlükəsizliyi yüksək səviyyədə təşkil etmək haqda düşünsün. Eşitdiyimə görə, ötən mövsüm onların azarkeşlərinin xoşagəlməz davranışı səbəbindən klubun üç xalı silinibmiş. Ona görə də hər kəs öz işi ilə məşğul olsa, daha yaxşı olar".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail