Bəxtiyar Soltanov: "Şahin Diniyev də bildirir ki, oyuna iki qat güclə hazırlaşmalıyıq"

14.08.2015 | 2835 dəfə oxunub

“Məşqlərimiz davam edir, hələ ki, hər şey yaxşı gedir. Qarşıdakı oyuna səylə hazırlaşırıq”. Stadium.Az xəbər verir ki, bu sözləri “Kəpəz”in futbolçusu Bəxtiyar Soltanov deyib.

Klubun mətbuat xidmətinə açıqlama verən hücumçu çempionatın 2-ci turunda qarşılaşacaqları “Zirə” ilə oyun haqda danışıb: “Əlimizdən gələni edəcəyik ki, nəticə “Neftçi” ilə oyundakından daha yaxşı olsun. “Zirə” də bizim kimi yeni komandadır, debütantdır. Rəqibi heç vaxt zəif qəbul edib arxayınlaşmaq olmaz. Nəyəsə aldanmamalıyıq, baş məşqçimiz Şahin Diniyev də bildirir ki, oyuna iki qat güclə hazırlaşmalıyıq. Əlimizdən gələnin ən yaxşısını edib, uğurlu nəticə üçün meydana çıxacaq”.

Bəxtiyar Soltanov iki il öncə “Kəpəz”in heyətində çıxış edib. Bu mənada yerli publika ona daha yaxşı tanışdır: “Gəncədə ilk oyunumuzu keçirəcəyimizdən azarkeşlərimizlə doğma meydanda görüşəcəyik. Onları sevindirmək üçün hər şey edəcəyik. Əvvəlcədən danışmaq istəmirəm, amma deyim ki, qələbə üçün oynayacağıq. Fanatları da oyuna səsləyirəm, gəlsinlər komandaya dəstək olsunlar, yaxşı oyun olacaq. Buna ümid edirəm”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail