Kərim Diniyev: “Fanatların stadionu dolduracağına ümidimiz böyükdür”

15.08.2015 | 3361 dəfə oxunub

“Bütün komanda inanır ki, ilk ev oyunumuzda tribunalara xeyli azarkeş toplaşacaq. Fanatların stadionu dolduracağına və bizə dəstək olacaqlarına ümidimiz böyükdür. Yerli azarkeşlər önündə ilk sınaqdan üzüağ çıxmağa çalışacağıq. Azarkeşləri sevindirməyə səy göstərəcəyik, hamını oyuna dəvət edirəm”. Bu sözləri “Kəpəz”in yarımmüdafiəçisi Kərim Diniyev deyib.


Klubun mətbuat xidmətinə danışan Diniyev, uğura aparan yolda azarkeşlərin həm də böyük qüvvə olduğunu bildirib: “Komandanın qələbə qazanmasında onların da böyük rolu var. Azarkeşlər bizim 12-ci oyunçumuzdur. Fanatların dəstəyi sayəsində oyunlara daha yaxşı motivasiya olunuruq, meydana uğur qazanmaq üçün çıxırıq”.

“Kəpəz”in baş məşqçisi Şahin Diniyev vaxtilə Nizami yurdunun təmsilçisinin şərəfini qoruyub. İndi onun oğlu Kərim də eyni yolu tutub. Ata-oğul “sarı-göylər”in uğuru üçün birlikdə çalışır: “Belə bir köklü, titullu komandanın heyətində olduğum üçün fəxr edirəm, sevinc hissi keçirirəm. İlk dəfədi ki, atamın başçılığı altında peşəkar səviyyədə oynayıram. Düzdü, vaxtilə “Terek”in əvəzedici heyətində çıxış etmişəm. Amma əsas komandada bu ilkdir”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail