Vüqar Nadirov: "İlk turdakı qələbənin İnterin yorğunluğu ilə bağlı olduğunu düşünmürəm"

15.08.2015 | 4034 dəfə oxunub

"Xəzər Lənkəran"ın hücumçusu Vüqar Nadirovun müsahibəsi


- Siz də daxil olmaqla yeni transferlər komandaya cəlb olunana kimi "Xəzər Lənkəran" "Sumqayıt" və "Rəvan"la da qarşılaşacaq. Sizcə, yoxluğunuzda komanda daha altı xal qazana biləcək?


- Komandamız hər oyuna qələbə üçün çıxır. Hər iki oyunun çətin keçəcəyini bilirik. "Sumqayıt" gənclərdən qurulmuş komandadır. "Rəvan" isə çox motivasiyalıdır. Allah eləsin ki, qarşıdakı oyunlarda da qələbə bizimlə olsun.

- Açılış turunda "İnter" üzərində 2 cavabsız qolla qalib gələcəyinizi gözləyirdiniz?
- Qələbəyə ümidli idik. Komandaya inanırdıq. Uşaqlar yaxşı uğur qazandılar.


- "Xəzər Lənkəran" yeni transferlərinə də qovuşandan sonra necə olacaq?
- O zaman komandamızın gücü daha da artacaq. Biz bir ailəyik. Bizim yoxluğumuzda isə gənclərin çox yaxşı oynadığını demək lazımdır.


- Oyunu kənardan izləmək ağır deyildi?
- Əlbəttə, ağır idi. Hətta meydandan kənarda da çox həyacan keçirdik. Sözlə də olsa, gənc futbolçulara dəstək və göstəriş verməyə çalışırdıq.


- "İnter"lilər bu məğlubiyyəti İspaniya "Atletik"i ilə oyundan sonrakı yorğunluqla izah edirlər...
- Mən belə deməzdim. Çünki çempionat ayrıdır, avrokuboklar ayrı. Bu turnirlərə hazırlıq da fərqlidir. Düşünmürəm ki, rəqibin yorğunluğu bizə çox kömək etdi.


- Siz heyətə qoşulandan sonrakı ilk oyununuz "Qarabağ"a qarşı olacaq. Bu komanda ilə görüş sizin üçün nə dərəcədə vacibdir?
- Mənim üçün hər oyun vacibdir. Hər bir komanda həm mənim, həm də kollektivimiz üçün çətin və güclü rəqibdir. Biz öz futbolumuzu oynamağa çalışacağıq.azerisport.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail