Şahin Diniyev: "Gəncədə oynamaq böyük məsuliyyətdir"

15.08.2015 | 2604 dəfə oxunub

"Gəncədə oynamaq böyük məsuliyyət daşıyır. Ona görə də ev oyunu tamam başqa ab-havada olacaq. Yəni azarkeşlər qarşısında komandanı bir növ imtahan gözləyir. Tamaşaçı sayının çoxluğu səbəbindən futbolçular bəlkə də, oyunun ilk 10-15 dəqiqəsində həyacanlı oldular. Gəncədə uşaqdan tutmuş böyüyə kimi hamı futbolu yaxşı bilir".


Stadium.Az-ın klubun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu sözləri "Kəpəz"in baş məşqçisi Şahin Diniyev deyib.

Azərbaycan Premyer Liqasının 2-ci turunda sabah "Zirə" ilə qarşılaşacaq Gəncə təmsilçisinin baş məşqçisi rəqib haqda bunları bildirib: "Bu gün zəif komanda yoxdu. "Zirə" yaxşı komandadı, oyunlarını izləmişəm. Yüksək səviyyəli legionerlərdən qurulmuş kollektivdir. Bizə asan olmayacaq. Mənə elə gəlir ki, meydanda iki bərabər səviyyəli komanda görüşəcək. "Neftçi" ilə oyundan fərqli bu görüş daha çətin olacaq. Proqnoz vermək çox çətindir. Komandamız meydançanın hər qarışı uğrunda mübarizə aparacaq. Uşaqlar meydanda vuruşacaq. Nə alınacağını oyunun sonu göstərəcək. Çox istərdik ki, ilk ev oyunumuzu qələbə ilə başa vuraq. İstəyimiz bundan ibarətdir. Bunu reallığa çevirmək üçün çox çalışacağıq".

Qeyd edək ki, "Kəpəz" - "Zirə" oyunu sabah, saat 18:30-da keçiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail