"Camalla hadisədən sonra “Whatsapp” vasitəsilə danışığımız olub" MÜSAHİBƏ

16.08.2015 | 3317 dəfə oxunub

Akif Tağıyev: “Jurnalist döyüləndə Tovuzda olmuşam” Dünən “Turan Tovuz”un futbolçusu Akif Tağıyevin jurnalist Rasim Əliyevin ölümü ilə bağlı izah verməsi üçün 8-ci bölməyə çağırıldığı ilə bağlı xəbər vermişdik. Akif jurnalistin ölümündə günahkar bilinən futbolçu Camal Məmmədovla telefon danışığına görə bölmədə izahat verdikdən sonra günorta saatlarında sərbəst buraxılıb və bu barədə mətbuatda məlumatlar dərc olunub. Bundan bir qədər əvvəl isə bəzi saytlarda onun Rasim Əliyevə xəsarət yetirənlərdən biri olması ilə bağlı xəbər yer almışdı. Akiflə əlaqə saxlayıb bəzi məsələrə aydınlıq gətirdik: - Srağagün günortadan sonra 8-ci bölmədən mənimlə əlaqə saxladılar və ora getməli olduğumu bildirdilər. Bölməyə gedəndə iş vaxtı qurtarmışdı, mənimlə görüşməli olan şəxslər orada deyildilər. Ertəsi gün səhər tezdən yenidən bölməyə yollandım.Bir neçə sualı cavablandırdıqdan və izahat yazandan sonra sərbəst buraxıldım. Mətbuatda həbsimlə bağlı gedən məlumatlar doğru deyil. Bu haqda dünən axşam bir neçə saytda da məlumat dərc olunub.


- Belə bir xəbər yayılmışdı ki, Rasim Əliyevi döyən şəxslərdən biri də sən olmusan.

- Yalandı. Jurnalist döyüləndə Tovuzda olmuşam. Hadisədən də mətbuat vasitəsi ilə xəbər tutmuşam. Sadəcə, Rasimə xəsarət yetirənlərdən biri olan Camalla hadisədən sonra “Whatsapp” vasitəsilə danışığımız olub. Məhz həmin danışığa görə çağırılmışdım.


- Akif, sirr deyilsə, Camalla nə barədə söhbət etmişdiniz?

- Hadisə barədə. İstintaqın gedişinə təsir göstərə biləcəyinə görə başqa heç nə deyə bilmərəm.


- Camal dostundur?

- Yaxın münasibətimiz var. “Xəzər Lənkəran” və “Turan Tovuz”da bir yerdə oynamışıq.Tez-tez əlaqə saxlayırdıq.


- Onun hərəkəti barəsində nə deyə bilərsən ?

- Səhv ediblər. Başqa nə deyə bilərəm ki ? “Het-trik news” qəzeti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail