Dünyanın ən məşhur televiziya futbol proqramı "Neftçi"nin bazasında

21.09.2011 | 8049 dəfə oxunub

Dünyanın ən məşhur televiziya futbol proqramı "Football Mundial"ın çəkiliş qrupu "Neftçi"nin bazasında olub. Stadium.az xəbər verir ki, beynəlxalq futbol təşkilatı FİFA-nın rəsmi verilişi sayılan "Football Mundial"ın əməkdaşları Azərbaycanın ən köklü komandasına böyük maraq göstərib. "Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqov verilişin nümayəndələri - baş direktor  Riçard Milvey və operator Oliver Tomasla görüşüb. Klub rəhbəri dünyanın 100-dən çox ölkəsində yayımlanan veriliş üçün müsahibə verib.

Sadıq Sadıqov Azərbaycanda dövlət səviyyəsində idmana göstərilən qayğıdan söhbət açıb, ölkə başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin beynəlxalq olimpiya hərəkatının inkişafındakı xidmətlərinin Beynəlxalq Olimpiya Komitəsinin və ümumdünya idman təşkilatlarının rəhbərləri tərəfindən dəfələrlə yüksək qiymətləndirildiyini xarici qonaqların diqqətinə çatdırıb. Prezident İlham Əliyevin idmanın bütün növləri ilə yanaşı, futbola da xüsusi diqqət və qayğı göstərdiyini qeyd edib. İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı"nın müddəalarının Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəhbərliyi tərəfindən layiqincə yerinə yetirildiyini nəzərə çatdırıb.

Sadıq Sadıqov müsahibəsində həmçinin "Neftçi"nin Azərbaycanın ən köklü klubu olduğundan da söhbət açaraq, belə bir kluba rəhbərlik etməyin böyük şərəf olduğunu söyləyib. Klub rəhbəri komandanın qarşısına qoyulan əsas məqsədlərdən birinin UEFA Çempionlar Liqası və Avropa Liqası kimi mötəbər yarışların qrup mərhələsində oynamaq olduğunu deyib, həmçinin Azərbaycan futbolu haqda məlumatlar verib.

Artıq bir neçə gündür Azərbaycanda səfərdə olan "Football Mundial"ın əməkdaşları "Neftçi" - "Qəbələ" oyunundan, eləcə də bir müddət əvvəl İngiltərənin "Everton" klubu ilə müqavilə bağlamış Araz Abdullayevin şəxsi həyatı, futbolçu karyerasından və komandamızın bazada baş tutmuş məşq prosesindən reportaj hazırlayıb. Klub prezidentinin müsahibəsi və reportajlar "Football Mundial"ın yaxın gələcəkdə efirə gedəcək buraxılışlarında futbol həvəskarlarına təqdim olunacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail