Rəşad Sadıqov: "Çox qarışıq məsələdir"

16.08.2015 | 5125 dəfə oxunub

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov ötən gün "Rəvan"la oyundan sonra jurnalistlərə açıqlama verib. Stadium.az xəbər verir ki, Rəşad həm Avropa Liqasında rəqibləri olan "Yanq Boyz" və yeni transferləri barədə də danışıb:

"Yanq-Boyz"un "Luqano" ilə çempionat oyununu izləmişəm. Çox maraqlı komandadır. Deyə bilərəm ki, hələ belə rəqiblə qarşılaşmamışıq. 

"Zalsburq" ayrı, "Seltik" fərqli fərqli futbol oynayır. Hazırkı rəqibimiz "Yanq Boyz" isə qarışıq futbol sərgiləyir. Onlar bəzən cinahlardan hücum qurur, bəzən isə qısa ötürmələrlə oynayır. Buna görə də bizi çətin oyun gözləyir. Səfərdən yaxşı nəticə ilə qayıtmaq üçün çox çalışmalıylq. 

Rəqibimiz güclü hücum xəttinə malik komandadır. Hələ mən izlədiyim oyunda əsas hücumçuları, xüsusilə də bombardirləri oynamırdı. Standart vəziyyətlərdə də yaxşı təsir bağışlayırlar. "Yanq Boyz"un "Seltik"dən güclü olduğunu deməzdim, amma indiki rəqibimiz daha rəngarəng komandadır. Onlara qarşı 90 dəqiqə mübarizə aparmaq lazımdır. Hesabda irəli keçsən də, müdafiədə boşluq yaratmaq olmaz. Yəni rəqibimiz son dəqiqələrdə hesabı dəyişə biləcək komandadır. Əsas məqsədimiz səfərdə məğlub olmamaqdır. Əsas da 2 top fərqi ilə uduzmamaq bizim üçün sərfəli nəticə olar. 
Yeni transferlərimizə vaxt lazımdır. Bədavi Hüseynov da "Qarabağ"a yeni gəldiyində ona gülürdük. Eləcə də Reynaldoya. Ancaq tələsmək lazım deyil. Bir müddət keçsin, əgər gözlənilənləri verməsələr, o zaman həmin futbolçuları uğursuz transferlər adlandırmaq olar. Hamı deyir ki, "Qarabağ" yaxşı transferlər etsin. Qurban Qurbanov da istəyir ki, əlində yaxşı transferlər olsun. Ancaq istədiyimiz futbolçular gəlmirlər. 

Rəşad həm də "Qəbələ"nin futbolçusu Cavid Hüseynovun həbs edilməsinə münasibət bildirən Rəşad Sadıqov deyib: 
"Açıqlama vermək böyük məsuliyyət tələb edir. Çox qarışıq məsələdir. Bir tərəfdə jurnalist dünyasını dəyişib, digər tərəfdə isə çiyin-çiyinə oynadığımız futbolçu həbs olunub. Amma onu deyə bilərəm ki, Cavidi çoxdan tanıyıram və onun kiminləsə ədavət yaşadığını görməmişəm. Çox mehriban insandır. Onun kimisə öldürmək niyyətinin olduğuna inanmıram. Rasimə də Allahdan rəhmət diləyirəm".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail