"Qarabağ"ın 350-ci qələbəsi

17.08.2015 | 2981 dəfə oxunub

“Qarabağ”ın Azərbaycan Premyer Liqasının 2015/16 mövsümündə qazandığı qələbə yubileylə əlamətdar olub.

Stadium.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, II turun “Rəvan”la səfər oyununda (2:1) qalib gələn Ağdam təmsilçisi Azərbaycan çempionatında 350-ci dəfə meydanı qələbə ilə tərk edib. Əyalət klubu “350”yə 659-cu matçında nail olub. “Qarabağ”ın hesabında 350 qələbə ilə yanaşı, 158 heç-heçə və 151 məğlubiyyət də var.

214 dəfə evdə, 133 dəfə səfərdə qalib gələn ağdamlılar neytral meydanda 3 qələbə qazanıb. Ağdamlılar Azərbaycan çempionatındakı qələbə sayında yalnız “Neftçi”dən geri qalır. Bakı klubunun hesabında 387 qələbə var.

Cari mövsümdə ilk qələbəsini qazanan əyalət klubu əvvəlki 23 çempionatda ən çox – 24, ən az 5 dəfə qalib gəlib: 1992 – 24, 1993 – 11, 1993/94 – 21, 1994/95 – 13, 1995/96 – 13, 1996/97 – 23, 1997/98 – 14, 1998/99 – 20, 1999/2000 – 5, 2000/01 – 5, 2001/02 – 13, 2003/04 – 19, 2004/05 – 22, 2005/06 – 12, 2006/07 – 6, 2007/08 – 11, 2008/09 – 14, 2009/10 – 14, 2010/11 – 17, 2011/12 – 15, 2012/13 – 16, 2013/14 – 21, 2014/15 – 20.

Qeyd edək ki, “Qarabağ” çempionatda ilk qələbəsini 1992-ci il mayın 6-da Kürdəmir “Şirvan”ı ilə ev oyununda qazanıb – 6:0.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail