"Bu gün ancaq əsas komandasına diqqət yetirən klubların aqibəti “Şəmkir”, “Kəpəz” və ya “MKT Araz” kimi olacaq"

21.09.2011 | 5731 dəfə oxunub

Azərbaycan sovet futbolunun nisbətən gənc nəslinin nümayəndələri arasında Arif Əsədov xüsusi yer tutur. Stadium.az xəbər verir ki, 41 yaşlı keçmiş müdafiəçi yeniyetmələr arasında dünya, gənclər arasında Avropa çempionu olub. Sumqayıt futbol məktəbinin yetirməsinin məşqçi fəaliyyəti də alqışa layiqdir.

Məşqçiliyə U-19 Azərbaycan millisindən başlayan Əsədov komandaya yaradılmasından 19 il sonra ilk mərhələni aşmaq sevinci  yaşadıb. Şahin Diniyev “Gəncə”yə başçılıq etdiyi dönəmdə isə təcrübəli futbolçunu ikinci məşqçi kimi sınaqdan keçirib. Azərbaycan Premyer Liqasında debüt ilində isə “Neftçi”ni çempion edib. Bundan bir il əvvəl isə sözügedən komandanın əvəzedicilərinə eyni uğuru qazandıran məşqçi, özünün söylədiyi kimi, həmişə qarşısına böyük hədəflər qoyur.

Təməl güclü olmalıdır

Futbolçu yetişdirmək ev tikmək kimi bir şeydir. Hər şey təməldən asılıdır. Təməl güclü olmalıdır. Mənim bu baxımdan bəxtim gətirib. Uşaqlığım Sumqayıtta keçib. Uşaqlıqdan məhəllədə 4-cü sinifdən isə Uşaq və yeniyetmələr üçün idman məktəbinə futbola getmişəm.

Futbola gəlişim belə baş verib:  Orta məktəbdə Bədən tərbiyəsi dərsində futbol oynayanda  məşqçi Telman Salahov bizi kənardan izləməyə gəlmişdi. Zəng vurulanda mənə yaxınlaşıb futbola gəlməyi təklif etdi. Evə gəlib bu xəbəri atama deyəndə evdəkilərin xoşuna gəlmədi. Mən dərslərimi çox yaxşı oxuyurdum. Onlar məni başqa sahədə görmək istəyirdilər. Böyük qardaşımın dəstəyi ilə evdəkilər fikrindən daşındı və mən futbola getməyə başladım. Həftədə üç dəfə idman məktəbində məşqə gedirdim. Bu kifayət etmədiyi üçün Telman Salahov məni Bakıya Gənclər İdman İnternat  Məktəbinin məşqçisi Böyükağa Ağayevin yanına göndərdi. 6-cı sinifdə oxuyurdum. Məktəbə qəbul edildim.

Burada gündə iki dəfə məşqlər edirdim və perspektiv daha yaxşı idi. Böyükağa Ağayevin rəhbərliyi altında bir sıra yarışlarda iştirak etmişəm. 1985-ci ildə Krasnadarda və Vladiqafqazda yarışlarda olduq. Hənin il, 15 yaşlılar arasında Azərbaycan millisinə dəvət edildim. Millinin heyətində yarışların birində SSRİ –nin 17 yaşlılardan ibarət millisinin baş məşqçisi  Aleksandr Piskaryov oyunları izləyirdi. Mən, Vladislav Qədirov və Ruslan Lukini milli komandaya dəvət etdi. Onda bizim 15 yaşımız vardı. İki il sonra Dünya və Avropa çempionatına hazırlıq məqsədi ilə milliyə erkən cəlb edildik. Bunu bilən “Neftçi” rəhbərliyi məni əvəzedici komandaya götürdü. 17 yaşımda SSRİ yüksək dəstəsində oynamış ən gənc “Neftçi”lilərdən biriyəm.  Bu komandanın həyatımda silinməz izləri var. “Neftçi”də həm futbolçu kimi, həm də məşqçi kimi çempion olmuşam.

Dünya və Avropa  çempionu!

Bu titul çox az futbolçulara nəsib olur. Belə bir uğur qazandığım üçün indi də fəxr edirəm.

1987-ci ildə, Kanadada təşkil edilən Yeniyetmələr  arasında dünya çempionatının qalibi oldum. Finalda Nigeriyanı məğlub etdik. Bu SSRİ tarixində ilk və son nailiyyət olub. Çox sevinirəm ki, mənim də bu uğurda payım var. Əfsanəvi futbolçu Pele də həmin oyuna baxırdı. Bizi təbrik edəndən sonra onunla xatirə şəkli də çəkdirdim. Həmin il bir yaş böyüklərlə birgə Avropa çempionatının da qalibi oldum. Bu dəfə məşqçim Boris İqnatyev idi. SSRİ –nın dağılması nəticəsində olimpiya yığıması da ləğv olundu. Ondan sonra  Azərbaycan milli komandasında çıxış etdim.

Uşaq futbolu

Azərbaycan futbolunun gələcəyi uşaq futbolundadır. Bu gün ancaq əsas komandasına diqqət yetirən klubların aqibəti “Şəmkir”, “Kəpəz” və ya “MKT Araz” kimi  olacaq. Bu gün “Bakı”, “Qəbələ”, “İnter” və “Neftçi”nin fərqləndirmək olar. Bu klubların arasında “Bakı” daha ciddi işlər görür. Bu gün bu komandanın premyer liqada və birinci divizyonda  bir çox futbolçusu çıxış edir. Klubun gələcəyi üçün bu çox önəmli faktordur.

Futbolçu olmaq istəyən yeniyetmələrə bir neçə məsləhətim var: Futbolçu ömrü qısa olur. On il uzağı on beş il. Bu vaxtdan səmərəli istifadə etmək lazımdır. Futbolçu olmaq – işinə ciddi yanaşmaq, düzgün qidalanmaq, məşqçinin tələblərinə uyğunlaşmaq, öz üzərində işləməkdir. Azərbaycanlı futbolçuların əsas problemi qeyri- peşəkarlıqdır. Pul, ev, maşın fikirləşib yerlərində saymasınlar. Daha geniş düşüncəli olsunlar. Futbolçu qarşılarına böyük məqsədlər qoymalıdır. Futbolda iz qoymaq lazımdır ki, geriyə baxanda utanmayasan.

 “Bakı”

1997-ci ildə “Dinamo” yaradılarkən heyətdə mən də olmuşam. Bu klubda 10 oyun keçirmişəm. Çempionatın ilk dövrəsindən sonra Rusiyaya getdim. “Bakı” həm də övladlarımın sevimli klubudur. Mən “Neftçi”də işlədiyim vaxtlarda övladlarımı “Bakı” klubuna vermişəm. Ortancıl və kiçik oğlum bu klubun futbolçusudur.

"Toplu Bakı" jurnalı


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail