Cavid Hüseynov Kürdəxanıya köçürüldü

17.08.2015 | 3309 dəfə oxunub

“Cavid Hüseynov avqustun 17-də Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanasına köçürülüb”. 

Bu haqda modern.az saytına “Qəbələ”nin sabiq kapitanın hüquqlarını müdafiə edən vəkil Adəm Məmmədov məlumat verib.

O, futbolçunun həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması üçün avqustun 18-də Səbail rayon Məhkəməsinə müraciət ediləcəyini deyib.

Jurnalist Rasim Əliyevin ölümü ilə bağlı Sabayel rayon Məhkəməsi Cavid Hüseynovu həbs edib. İstintaqın hazırkı mərhələsində Cavid Hüseynovun ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə 3 ay həbs qətimkan tədbiri seçilib.

Cinayətin Cavid Hüseynovun təhriki ilə törədilməsi fərziyyəsi də istintaq-əməliyyat qrupu tərəfindən araşdırılır.  Bakı Apelyasiya Məhkəməsində “Qəbələ” futbol klubunun sabiq oyunçusu Cavid Hüseynovun şikayəti üzrə keçirilən prosesdə onun vəsatəti təmin edilməyib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail